Azərbaycan ədəbiyyatından möhtəşəm bir kitab
Ümumilikdə əsərdə müxtəlif obrazların fonunda cahilliyin təsirini ,ədalətsizlikləri, rus müstəmləkəçiliyi və onlarin qanunlari, və sadə kənd sakinlərinin çətinliklərini və ailə - məişət problemlərini görürük. İsmayıl Şıxlı XIX əsrdə mollaların din altında uşaqları təhsildən uzaqlaşdırmaları, din vasitəsi ilə insanları idarə etmələrini, varlı və kasıb, dini ayrı-seçkilik və bu kimi o dövrün əsas problemlərini , həmçinin cəmiyyətin maarifləndirilməsinin önəmini ustalıqla qələmə alıb, oxucuya çatdırıb.