J.Ram

-"Kitablar dünyası insanın təbiətdən aldığı deyil, öz ağlı ilə qurduğu dünyaların ən böyüyüdür". Herman Hesse adında bir yazıçı belə deyirdi. Mənsə bir cümlə də əlavə edərdim: kitablar dünyası ondan daha böyük olan yuxular dünyasını qidalandırır.
1000Kitap
Reklam
Günün ən çətin vaxtı yuxudan oyanma anıdır: göz qapaqlarınızı aralayaraq kim olduğunuzu və mövcudluğun (sizin və dünyanın) hansı məqamında dərinlikdən üzə çıxdığınızı hələ ayırd edə bilmədiyiniz həmin bir neçə saniyə... İndi siz hər şeyi təzədən özünüzə ram etməli- siz, günü sizinlə birgə keçirəcək bədəninizi də, xatirələri, arzuları və əvvəlcədən qısa müddətə proqramlaşdırılmış gələcəyi ilə birlikdə ağlınızı da oyatmalısınız.
1000Kitap
-Ürəkli ol, oğlum. Görərsən, alınacaq. İstəsən, alınacaq. Sadəcə istəmək, cəhd etmək lazımdır. Təslim olma.Bu sadə sözləri qulağında sırğa et: "Nəyisə bacardığı vaxt etmək istəməyən istəyəndə bunu bacarmayacaq".
1000Kitap
Istənilən həyat formasının öz qapalı məkanı var. Və istənilən həyat forması bu məkanın hüdudlarını aşmaq, ondan kənarda baş verənləri öyrənmək üçün artıb-yayılmağa çalışır. Çünki sistemin necə təşkil olunduğunu anlamaq üçün mütləq həmin sistemdən kənara çıxmalısan.
1000Kitap
-Dünyadan bixəbər olan iki yaşlı uşaq nə yuxu görə bilər? -Ya keçmiş həyatının xatirələrini, ya da gələcək həyatinin proqramını. - Bəs ciddi desək? - Müəmmadır, belə bir fikir var ki, hətta ana bətnindəki rüşeym də cürbəcür yuxular görə bilər. Hər halda, uşaq yuxuları qaldığı otaqla, uşaq arabası və ya oyuncaqlarla məhdudlaşmır.
1000Kitap
Reklam