İki əsr yarım bundan əvvəl fransızlar öz ölkələrində ilk dəlixanalarını tikəndə ispanların lağla dediyi sözlər yadıma düşür: "Onlar bütün dəliləri bir damın altına yığıb qapısını qıfilladılar ki, özlərinin ağıllı olduqlarına inansınlar". Doğrudan da, elədir, kimisə dəlixanaya salmasan, özünün ağıllı olduğunu sübut eləyə bilməzsən.
Əvvəllər, ən azından, axmaq adam uzaqbaşı ildə bir dəfə də olsa, sǝfeh olduğunu bilirdi, indi isə yox, qətiyyən yox. İşi o yerə çatdırıblar ki, axmağı ağıllıdan ayırmaq olmur.