Savaşa qoşulanlanın hamısı eyni zamanda qəti şəkildə inanırdılar ki, elm, aqillik və özünü qorumaq hissi, nəhayət, insanı həmrəy və dərrakəli bir cəmiyyətdə birləşməyə məcbur edəcək. Buna görə də fikirlərini başa düşməyənlər qazanacaqları zəfərə məne olmasınlar deyə, işlərini sürətləndirmək üçün, "aqillər" tezliklə bütün "cahilləri" məhv etməyə çalışdılar. Amma tezliklə özünü qorumaq hissi zəifləməyə başladı, hər şeyin iddiasında olan və ya heç bir umacağı olmayanlar, təkəbbürlü və şəhvət düşkünləri meydana çıxdı.
—Bilik hissdən uca, həyatın dərki isə yaşamaqdan üstündür. Elm bizə hikmət verəcək, ondan isə qanunlar törəyəcək. Xoşbəxtlik qanunlarının dərki isə onun özünün fövqündədir.
Deyirdim ki, niyə onları bağışlamağa gücüm çatmır; onlara bəslədiyim sevgim niyə bu qədər həsrətlə doludur; axı niyə nifrət etmədən onları sevə bilmirəm?
Ölümün olmasına baxmayaraq, demək olar ki, xəstəlik nədir bilmirdilər; qocalar çox rahatlıqla ölür, sanki yuxuya gedirdilər...Belə məqamda mən heç bir kədərlənənə, göz yaşı tökənə rast gəlmədim, çünki ortada sevgi var idi - səssizcə bir heyranlığa qədər artıb çoxalan, aşıb-daşan və düşündürən, dolğun bir sevgi.