Rasi

Rasi
Her şey güzel olucak belki bu gün diyil elbet bir gün olucak
36 kütüphaneci puanı
229 okur puanı
Temmuz 2017 tarihinde katıldı
Cəfər Cabbarlı ll cild
Puan vermedi·235 syf.·
2022 89. kitabı
1.Vəfalı Səriyyə Səriyyə 17 yaşlı gözəl-göyçək gənc qızdır. Atası öləndən sonra anası ilə birgə əmisi evində yaşayırlar.Əmisi oğlu Rüstəmlə bərabər böyüyüb, bir-birlərinə ayrılmayacaqlarina söz verirlər. Lakin Səriyyənin əmisi öləndən sonra Səriyyənin anası onları ayırıb öz dayısı oğluna qızını vermək istəyir. Yalandan şahid tutub axunda nikah kəsdirirlər. Rüstəm sevdiyi qızdan ötrü əlindən gələni edir. Və pyesin sonu xoşbəxtliklə bitir 2.Solğun çiçəklər Sara və Bəhram doğma əmi qızı - əmi oğludular.Və bir -birilərini uşaqlıqdan sevirlər.Saranın ögey anası ərinin bütün mal-mülkünü özünün adına keçirdib, kişini zəhərləyib öldürür. Qızı Pəri də Bəhrami sevir və anası ilə birləşərək Saranı Bəhramdan ayırmağa və özü ərə getməyə çalışır. Və işlətdikləri fitnə-fəsadlar işə yarayır. Bəhramin gözünü pul-para bürüyür və Pəri ilə evlənməyə razı olur. Və olanlar Saraya olur. 3.Ulduz Mövzu Trablis, İstanbulun qorunması uğrunda Osmanlı və İtaliyanın müharibəsindən gedir. Ramiz silahdaşları ilə birgə ölkəsini qorumaq üçün əlindən gələni edir və İzzət Paşanın qızı Ulduzla bir-birlərini sevirler,lakin atası razı olmadığı üçün qaçmaq məcburiyyətində qalırlar. Ulduzu Ramizin dəstəsindən başqa xain Xalid adli gəncdə sevir və fitnə-fəsadlarin işə salaraq Ulduz və Ramizi ayırmağa çalışır.
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200594 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·400 syf.·
2022 44. kitabı
Cek London-Martin Iden Yazardan oxuduğum növbəti kitablardan oldu.Yazarın qələmini "Ağ diş " əsəri ilə bəyənmişdim.Dənizçi olan Martin Iden yüksək təbəqədən Ruf adlı qızla tanış olması ilə həyatı tamamilə dəyişir.Uşaq yaşdan valideynlərini itirir və həyatına təhsilsiz davam etmək məcburiyyətində qalır. Elə uşaq yaşdan da işləməyə məcbur olur.Lakin Rufla tanış olandan sonra kitablara maraq yaranır və bütün gününü kitablara həsir etməyə başlayır.Rufla arasında getdicə sevgi yaranır.Martinin kitablara marağı onun bədii əsərlər, povestlər yazmağa səbəb olur.Əsərlərində cəmiyyətdəki ayrı seçkiliyi, aşağı və yuxarı təbəqə arasında fərqləri açıb göstərir. Lakin getdikcə Martinin düşüncələri dəyişməyə başlayır və o insanlardan uzaqlaşır, tenhalasir.Düz iki ilə ac-susuz qalaraq,borclara bataraq yazıçılıq ruhundan geri dönməyir.Ruf isə nişanlısının yazıçılıq əvəzinə özünə normal bir iş tapıb işləməsinə bildirsə də,Martin bu yoldan dönmədi.Ona çoxları inanmadı.Lakin Iden özünə arxayın idi.Bir gün əsərlərinin jurnallarda,qəzetlərdə çap olunacağını bilirdi və birde onu ev sahibəsi bu yolda tək qoymadı.Lakin Martinin xəyallari gerçək olsa da,artıq heç bir şey onun gözündə olmur
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025134,8bin okunma
10/10
·268 syf.·
2022 38. kitabı
Polad Həşimov xatirələrdə Xatirə ədəbiyyatına aid oxuduğum növbəti kitab oldu. Bu gün Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsindən 2 il ötür. Daim qəlblərdə yaşayacaq, qəhrəmanlığı dillərdə-dillərə keçəcək. Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. Generalliq rütbəsinə qədər yüksəlib. Çox sayda medallarla, ordenlərlə təltif olunub.Aprel döyüşlərində erməni qəsbkarlarina ağır zərbə endirib, işğalda olmuş torpaqların bir hissəsini geri qaytarıb.Daşkəsəndə öz hesabına məscid tikdirməsinə görə yerli camaat ona Polad Məscidi adını verib.Əsgərləri ilə birgə səngər qazıb,odun toplayıb,odun doğrayıb. O ön cəbhədə olan əsgərlərini daha çox sevirdi. Daim onlara baş çəkməyə gedəndə əliboş getmezdi.Öz hesabına şirniyyat, siqaret alardi.Düşmən postlarina gedib oranı təmizlədikdən sonra erməni traktoruyla geriyə qayıdır.Kazarmalara televizor qoydurur. Hamam tikdirir, hamami su ilə təmin etdirir.Əsgəri məzuniyyətə göndərən zaman həmişə cibinə yol pulu, xərclik qoyardi."Niva" markalı avtomobilini sataraq əsgərlərə yataqxana tikdirib. Əsgərlər tərəfindən daim sevilib. Gülər üzlü şəhidimiz qəhrəmanımız tarix yazdı. Öz hesabına daim əsgər üçün əlindən gələni edib. Amma özü kirayədə yaşayıb. Qəbələdə tikdirdiyi ev yarım qaldı... Arzuları yarım qalan şəhidimiz. Evli idi və 3 övladı vardi. Aybəniz,Davud və Teymur. Atalari onların daim oxumağını təhsil almağın istəyirdi. Kitablara xüsusi marağı vardi. Tarixi, riyaziyyati çox sevirdi. Evə işinə görə gec- gec gelsədə evə girəndə uşaqları ilə daim oynayar,maraqlanardi. Poladın vətənpərvər ruhda böyüməsində onun 41-45 də vuruşan babasının və tarix müəlliminin böyük rolu olub. Generalımız hüquqşünas olmaq istəsə də həmin dövrdə l Qarabağ müharibəsinin başlaması onun hərbçi olmasına sövq edir. Allah qəbrini
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202095 okunma
6/10
·288 syf.·
2022 36. kitabı
İyun ayının son kitabı ilə gəldim. Bu gün 30 iyun milli sevgililər günüdür. 1989-cu ilin bu günündə İlham və Fərizə həyatlarını birləşdirərək ailə qururlar. Bir- birlərini dəli kimi sevən bu iki gənc çox xoşbəxt həyatlarına davam edərkən Azərbaycanın başını qara buludlar alır. SSRİ- yə qarşı çıxmaq üçün hər gün kişili, qadınlı, uşaqlı küçələrə axışır gecə səhərə kimi ocaq başında vətənin pis günündə vətəni müdafiə edirlər. 19 yanvar 1990- çi il gece saatlarında Rus qoşunları Bakıya daxil olur. Əvvəlcədən komendant saatı elan edildiyini xalqa bildirmirlər. Xalq qoşunun onları güllə atəşinə tutacağını ağıllarına belə gətirmirdilər. Lakin şəhərə daxil olan ordu elektrikləri kəsərək xalqa divan tutmağa çalışır. Qarşısına yaşlı,cavan demədən çıxan hər kəsi güllə atəşinə tutur. Xalqın içində təbiki İlhamda vardı. Oda qəhrəmanlıqla,qorxmadan öz mübarizə əzmini göstərir, vətəninə sahib çıxır. Həmin gecə Azərbaycan çoxlu sayda mülki əhali qətlə yetirilmiş, yüzlər insan yaralanmışdi. Qətlə yetirilənlər arasında Fərizənin İlhamı da vardi. Fərizə İlhamın şəhid xəbərini alandan sonra onsuz yaşa bilməyəcəyini,onun yanına gedəcəyini,onunla bir yerdə dəfn ediləcəyini dönə - dönə təkrarlayır. Fərizənin bu fikrini bilən ev əhalisi onu daim nəzarətdə saxlayırlar. Lakin imkan tapan kimi Fərizə hamilə olmasına baxmayaraq öz canına qiymağa nail olur. Fərizənin özünü öldürdüyünü başa düşənlər onu təcili xəstəxanaya yeləşdirsələrdə yolda keçinir.Fərizə öz can yoldaşı ilə birgə Dağüstü parkda yerləşən Şəhidlər Xiyabanında dəfn edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
FerizeYurtseven Şen · Zengin Yayıncılık · 20176 okunma
5/10
·176 syf.·
2022 34. kitabı
Hellooo İyun ayının növbəti kitab postu ilə gəldim Elie Wiesel- Gecə 1939- cu ildə Almaniyanın ikinci dünya müharibəsinə başlaması ilə Yəhudilərə qarşı amansız soyqırımi siyasəti də həyatda keçirir. Yəhudi soyqırımı haqqında bədii ədəbiyyat çox oxumuşam və tarixdə ən xoşladığım araşdırma apardığım məqamlardi. Bu kitab bir növ yazarın özünün yaşadıqları,başına gələnləri qələmə alıb. 1944- cu ildə Alman qoşunları Macarıstana daxil olması ilə Yəhudilərə qarşı həmişəki siyasətlərini keçirməyə başlayırlar. Elie 16 yaşındadi. Anası, atası, bacıları bu siyasətə qurban gedilir. Anası və bacısı ilə ilk vaxtlardan ayrı düşür. Atası ilə birgə aclığa, soyuğa, çətin vəziyyətə qatlanmağa çalışır. Gözlərinin önündə atasının günü - gündən əridiyinin şahidi olur. Çox pis hallarda həyat mücadiləsi verilir. Və onların yegane ümidləri var: Qırmızı Ordu almanları məğlub etməsi və onların xilas olunması..
GeceElie Wiesel · Koridor Yayıncılık · 20242,023 okunma