İnsan nə qədər çox əşyası olduğunun ancaq yeni bir mənzilə köçən zaman fərqinə varır..
Məncə dünyanın ən kədərli mənzərəsi iki insanın bir-birindən "köçməsini" izləməkdir..
Bütün o məktublar, hədiyyələr, deyilən sözlər, birlikdə keçirilən şirinli-acılı günlərin xatirəsi bir anda - ayrılıq anında ortaya çıxır və hər biri dünyanın an uzaq küncünə sovurulur.. Bu səbəbdəndir ayrılıqdan sonra insanın yaşadığı o boşluq hissi..
həyatınızda bircə günlük də olsun qonaq olmuş bir insanın ölüm xəbərini eșitdiyiniz zaman, o günə qədər bəlkə də heç vaxt dadmadığınız zərif bir kədər hissi qəlbinizin üzərinə səpilir..