Əliniz əlimdə olsa idi, əlinizi bir sıxmaqla hamı fikirlərimi, hissiyyatımı bildirərdim. Gözləriniz gözlərimə baxsa idi, hazır yazdığım sözləri oxuyardınız. İndi isə heç biri müyəssər deyil. Hazır bu kağızdan, mürəkkəbdən və qələmdən başqa bir əlacım yoxdur. Bunlar da gözlərimin və əllərimin əvəzini verməyəcəyini düşünürəm. O bir ayrı aləm, bu bir qeyri aləm!
Nə isə, ayrılığa tab gətirə bilmədiyimi hiss edirəm.
Morğe-səyvade-toəm, oftadeəm bər dame-to,
Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon.
Sənin ovladığın quşam, toruna düşmüşəm,
Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.
Dünya üzərində sizin üçün həqiqətən sevinən neçə insan var.. Heç düșünmüsünüzmü? Sizin xoşbəxtliyinizi arzulayan.. Kədərinizə sizdən çox can yandıran. Heç düşünmüsünüzmü neçə nəfərdən ibarət olduğunuzu? İkisinizmi? Üçsünüzmü? Yoxsa böyük bir "1"dən ibarətsiniz..?