Harda qalım ilahi, hara gedim ilahi?
Özünü qoy yerimə, mən nə edim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
Mənə göz ver, işıq vermə.
Göz-gözü görməyən qaranlıq ver.
Ayı da olmasın, ulduzu da.
Səni gəzim, axtarım o qaranlıqda.
Mən səni tapmaq yox,
axtarmaq istəyirəm həmişə.
Nə üçün dünən Almaniya, bu gün Rusiya dünyaya hakim olmaq istəyir? Daha zəngin olmaq üçünmü? Daha xoşbəxt olmaq üçünmü? Xeyr. Gücün təcavüzü heç bir mənfəət tanımaz; səbəbi yoxdur; o, sadəcə, iradəsini yeridir; o, bütün mənası ilə xalis bir absurddur.