Həmişə həyatımızı "inşallah fəlsəfəsi" idarə edirdi. Həyat Allahın bizə verdiyi bəxşişdir və ölüm onun əlindədir, biz bəndələrin isə Onun işinə qarışmağa haqqı yoxdur.
Bitdi hər şey, onu öldürəcəyəm!
- Nə danışırsan, balaca, atanı öldürəcəksən?
- Bəli, öldürəcəyəm. Başladım belə. Adam öldürmək Bak Consun tapançasını götürüb partapart vurmaq demək deyil ki! Yox, elə deyil. Onu ürəyimdə öldürəcəyəm - sevməyərək... Nəhayət, bir gün tamamilə ölüb gedəcək.