Muhur205

İnsan qəribə məxluq imiş.
Sayfa 22 - Xan
Reklam
Xərçəng! Əsrimizin faciəsi! Bu mənfur düşmən, illərdən bəri topsuz, tüfəngsiz, təkbaşına bəşəriyyatlə çarpışması, ölkələr adlayaraq insanları amansızcasına məhv etməsi, Üçüncü Cahan müharibəsi deyilmi?! Kürreyi-ərzin hansı şəhərindən, hansı kəndindən, hansı ailəsindən neçə-neçə günahsız qurbanlar apamayımı?! Min-min cavanın, qocanın, hətta məsum körpələrin cisminə yol tapan, rişələri ilə onlar içindən didib-parçalayaraq öldürən xərçəngin ölüm hökmünü bəs nə zaman kim çıxarmaldır?! Yerin altını üstünə çevirən, göyün yeddi qatını araşdıran zəkalar dünyaya meydan oxuyan bu azrail-timsalın əlində niyə aciz qalıblar?! Həkimlər!.. Alimlər!.. Fikirləşin! Fikirləşin! Fikirləşin!..
Sayfa 72 - Xan
Lev Tolstoy
Acını hiss edirsənsə, canlısan, başqalarının acısını hiss edirsənsə, insansan.
Sayfa 34 - Qədim Qala
Kaş ki
İnsan unuda dərdləri, hər dəm gülə kaş ki, Nifrət yerinə qəlbinə şəfqət gələ kaş ki. Allahı sevə, Rəbbə ibadət edə daim, Quran bütün əhli-müsalman bilə kaş ki... İmanlı olub nəfsini məhv eyləyə insan Acgözlüyü candan və də qandan silə kaş ki Qəlbində ilahıi odu şölə saça, ancaq, Heç vaxt onu döndərməyə sönmüş külə kaş ki. Yalnız savab işlər görə Allahına xatir, Daxil ola cənnət deyilən mənzilə kaş ki. Bir gün öləcəksə, bu böyük qövmi-müsəlman, Ya Rabb, bütün hər kəs namaz üstdə ölə kaş ki...
Sayfa 19 - Əlfəcin
Deyil
Gedənlər gedirlər bax yavaş-yavaş, Gedənlər bir daha qayıdan deyil. Nə atam, nə anam, nə dost, nə yoldaş, Bu yanan qəlbimi soyudan deyil. Yananda bilmədik nəyə yanmışıq, Yalan söyləmişik, düzü danmışıq. Ağlayan hər kəsi yazıq sanmışıq, Neyləyək...qəlbimiz qayadan deyil... Bu evin, ocağı odu dəyişib, Şeytanın, iblisin adı dəyisib... Ağzımda çörəyin dadı dəyişib, Əvvəlki xəmirdən, mayadan deyil. Hər şeyi içimə atası olsam, Bu yolun başına çatası olsam. Sonradan yorulub yatası olsam, Tanrıdan başqası oyadan deyil...
Sayfa 14 - Əlfəcin