Gəlin, bir ağızdan dua edək: İlahi, ayların sultanı-Ramazan bizdən uzaqlaşır.
Sən özün şahidsən qəlblərimizə ki, nə qədər qəmlənirik, nə qədər darıxacağıq.
Görəsən, bu ayın feyzindən Sən istədiyin qədər istifadə edə bildikmi?
Uca Yaradan, Ey qəlblərə hakim olan, hər bir bəndəsinin dostu olan Allah, biz bu ayı yola salırıq. Geniş Rəhmətin və yerə-göyə sığmayan Mərhəmətin olan Ramazana bizi bu il yetişdirdiyin üçün sənə sonsuz şükürlər olsun deyirik.
Sən özün qəlblərimizə agahsan, İlahi, bu mübarək ayda Səndən istəyirik: Sənə çatmağı, görmək istədiyin kimi bəndə olmağı bizlərə nəsib eylə.
Amin inşAllah