Allahın salamı olsun hər birinizə! Mübarək Ramazan günlərini yaşayırıq. O günlər ki həqiqətən yaşamın mahiyyətini dərk edir və paklandığımızı hiss edirik. Biz sevimli dostluqlar, məhəbbət dolu anlar, ayrılmaz bağlar qazanırıq. Bəli bu ayda qazanırıq. Bəs itirdiklərimiz olurmu? Əlbəttə olur. Rəbbimizdən ayıran, arzularımıza çatmağa imkan verməyən, mənəviyyatımıza zərər gətirən günahlarımızdan xilas oluruq. Onlar bizi tərk edir. Təbii ki bunların hamısı Uca Yaradanın bizə olan sonsuz sevgisi, mərhəməti və rəhmətindəndir. İnşAllah ömrümüzün sonuncu Ramazanı qərar verilmiş olmasın. Amin.