Bir zamanlar ürəyini sevinclə dolduran eşqi kədərə dönəndə özünü ölümə yaxın görür... Cəhənnəmdəki atəşi içindəki atəşə bənzədərək eşqin dözülməz bir ağrıya çevrildiyini və ağrıdan başqa heç bir şeyin düşünülmədiyini, yaşanmadığını yazır və ölümünün eşq üzündən olacağını deyir.
Həyatın hər yükü daşınmalıdır, lazım gəldikdə isə ən ağırları... Sevgidə cavab yoxdursa, bu həyatın ən ağır ödənişindən daha ağır ola bilməz, acı bir ölüm belə olsa...