Onun ürəyi ümidsizliyə və tənhalığa "yox" deyirdi. Və varlığını bürüyən böyük qüssəyə müqavimət göstərərkən Merso hiss edirdi ki, onun yeganə həqiqi gücü üsyan idi, yerdə qalan isə yalnız vurnuxma və özünəvurğunluqdur.
Öz həyatına, onun gizli mənasına baxanda için göz yaşlarıyla dolur. Bu səmada olduğu kimi... Axı o - həm yağış, həm günəş, həm günorta, həm gecəyarıdır.