Onun gözləri yumulurdu. Bax beləcə, günbəgün onun qəhvə və asfalt iyi hopmuş həyatı ora-bura, onun özünə, ürəyinə və içində gizlənmiş həqiqətə biganə qala-qala özbaşına dalğalanırdı. O şeylər ki, başqa bir şəraitdə onu həyəcanlandıra bilərdi, onun daxilində cavabını tapmırdı, çünki gün ərzində onlar unudulurdu və yalnız axşamlar evə qayıdanda o var gücünü toplayırdı ki, içində alışıb onu ora-bura sürükləyən həyat odunu, heç olmasa, bir qədər söndürsün.
Hava o qədər aydın, göylər o qədər səxavətli idi ki, adama elə gəlirdi, insanların yaşamaqdan və xoşbəxt olmaqdan başqa vəzifəsi yoxdur. Ancaq Mersonun qəlbində hər şey susurdu.