Yaman darıxmışam.. Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…
Qısıldıq küncə.
Danışdıq…
Yel əsdi…
Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,
Səni görüncə
Sənin işığında yox oldu kölgəm
~Bəxtiyar Vahabzadə