Rovshana Mammadli

Rovshana Mammadli
@Rovshanaa13
instagram.com/artofthirteen?i... By Artofthirteen 🩷
10/10
·88 syf.··
Beğendi
·
2023 36. kitabı
·
25 saatte okudu
·
Okunma: 25 Aralık 2023 00:00
"Bir kitabın insana təsiri necə dərin ola bilərmiş" Bax bunu sadəcə 89 səhifədə öyrənmiş oldum. Hansısa kitabı oxuyarkən gözlərim dolubsa da, bu cür ağlamaq hələ baş verməmişdi. Kitabı oxuduğunuz müddət ərzində həyatınızın hər anı İvan İliç ilə birgə sizin də gözünüzün önündən keçir. Bütün yaşamı, bu günə kimi nələr etdiyinizi, necə yaşadığınızı dəfələrlə sorğuya çəkirsiniz. Həqiqətən də şedevr əsərdir. Çox axıcı kitabdır, bir neçə saata bitirə bilərsiz (ara-ara dərin düşüncələrə dalıb oxumağa fasilə verməyi saymazsaq təbii ki). Əsəri oxuduqca baş qəhrəmanımızın yerinə özünüzü qoyub, onunla eyni hissləri yaşayırsınız. Onun hiss etdiyi hər duyğunu, hər ağrı acını siz də hiss edirsiniz. İnsan həyatında bu cür ruha toxunan kitablar elə də çox deyil. Lakin bu tərz kitab tapdıqda da əldən buraxmaq, ondan ayrılmaq çox çətin olur. Yəqin ki, bu kitabın təsirindən uzun müddət çıxa bilməyəcəm. Nə deyim, təşəkkürlər, Tolstoy!
İnceleme
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Can Yayınları · 202161,1bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·852 syf.··
Beğendi
·
2023 31. kitabı
·
25 günde okudu
·
Okunma: 11 Kasım 2023 00:00
Ehh, Dostoyevski, sən nə etmisən belə?! Bu əsərə kitab deyiriksə, digərləri nədir bəs, İlahiii. Yaxşı, yaxşı, giriş çox emosional oldu deyəsən :). Kitabımız Fyodor Dostoyevskinin ən iri həcmli əsəri, həmçinin, mənim də bu günə qədər oxuduğum ən uzun kitab idi. Ancaq buna baxmayaraq, sıxıldığım çox az yerlər oldu. Ümumilikdə, həqiqətən də, çox axıcı kitabdır. Əsərdə hadisələr çox, lap çox şaxələnir və bir bölmədə obrazlarımız min cür əhvalat yaşayır, daima yeni insanlarla tanış olurlar. Həmin an bütün bu obraz və hadisələrin nə kimi bir əlaqəsi olduğunu anlamasaq da, oxuduqca bu gözəgörünməz iplər həll olur və sonda başa düşürsən ki, həqiqətən də çox şedevr kitabdır. Əsəri sadəcə Karamazov ailəsinin həyatı kimi anlamaq kitaba çox böyük haqsızlıq olardı və Dostoyevski girdabına düşmüş oxucular heç inanmıram ki, buna məhz elə sadə roman kimi də baxsınlar. Dostoyevski sanki bu əsərdə özü ilə ziddiyyətlər içində idi. Məsələn, bir bölmədə obrazımızın (hansı obraz olduğunu demək istəmirəm, spoiler olmasın) iblislə din müzakirəsi, din tənqidləri - Hətta İsanın özünü belə (Baxmayaraq ki Dostoyevski özü tam xristian idi), digər bölmədə isə dinin bəşəriyyət üstündə olan önəmi, müqəddəslərin tərifi və s. hamısı əsəri çox möhtəşəm bir şeyə çevirir. Yazıçımız bu əsərdə özünü hadisələri kənardan izləyib danışan biri kimi təsvir edir və bu baxımdan adam kitabı oxuduqca Dostoyevskinin də onunla danışdığını, yanında olduğunu hiss edir. Məsələn bir əhvalat haqqında məlumat verməzdən əvvəl sözə məhz bu cür başladığı anlar da olur: "Mən həkim deyiləm, ancaq hiss edirəm ki, İvan Fyodoroviçin xəstəliyi barədə oxuyucuya mütləq nəsə izah etməyin vaxt çatıb" ; (Çox əla tərzdir, hə? :)) Və ya: "Siz indicə xanım Svetlova ilə çox yaxından tanış olduğunuzu dediniz.(NB: Qruşenkanın soyadının
İnceleme
Karamazov QardaşlarıFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201445,4bin okunma
7/10
·424 syf.··
Beğendi
·
2023 15. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Haziran 2023 14:26
Kitab həqiqətən də çox qarışıq idi. Oxuyursan oxuyursan elə hiss edirsən ki, nəsə qarmaqarışıq labirint var, bir labirintdən çıxıb digərinə düşürsən, fərqli obrazlar, hamısı bir biri ilə necəsə əlaqəli, öz özünə deyirsən ki sonda nə isə çox əla bir gözlənilməz şey yaşanacaq, sona çatırsan və görürsən ki, əslində labrint bildiyin o yer açıq aydın bir yer imiş, ortada da heç bir maraqlı sonluq yox imiş. Yersiz detallar o qədər çox idi ki, bir cümlənin hər səhifədə vurğulanması elə düşünülüb ki, oxucuda marağın artmasına səbəb olacaq, amma əksinə olur, eyni detalı oxuduqca yorulursan. Bu hər söhbətinizdə, "Mən danışa bilirəm" demək kimi yersiz hiss etdirir. Kitab axıcıdır həqiqətən də, oxuduqca zövq alırsan çünki sürətli oxunur, sadəcə mövzusu çox səthi və "mənasız" adlandıra biləcəyimiz bir tipdən idi. Bəlkə bu qorxu-dram janrına yeni başlayanlar üçün yaxşı kitab sayıla bilər, amma Wulf Dorn'un bütün külliyatını bitirmiş birinə elə də maraqlı gəlmədi. Sonda isə sevgiləəər, hər zaman kitablaa qalınn (özüm də daxil olmaqlaa))
İnceleme
HalüsinasyonAlein Kentigerna · Panama Yayıncılık · 20213,399 okunma
9/10
·402 syf.··
Beğendi
·
2023 6. kitabı
·
17 saatte okudu
·
Okunma: 11 Şubat 2023 13:37
Kitabı indicə bitirdim və uzun müddət sonra Wulf Dorn'un tanış qələmiylə yazılmış kitabı oxuyub canıma çəkmək mükəmməl duyğudur. Kitabın axıcılığına söz ola bilməz və artıq Wulf Dorn kitabları üçün ənənə halına gələn "3-4 səhifədən bir yeni bölməyə keçid" həqiqətən də, oxumağı sürətləndirirdi. Mənim fikrimcə, daha əvvəl oxuduğum kitablarına nisbətən bu yeni kitab daha az qorxulu idi. ( Kitabı oxuyanda bunu daha yaxşı anlayacağınızdan əminəm). Azərbaycan dilində oxuduğum ilk Wulf Dorn kitabı idi və düşünürəm ki tərcümə, həqiqətən də, çox uğurlu alınıb. Ahammmmm bu kitab da beləcə oxundu və rəfə qoyuldu. Tək təsəllimiz Wulf Dornun öz dediyinə görə, yenicə bir kitabı yazmağa başlamasıdır))). Sizə xoş oxumalarrrrr.
İnceleme
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022745 okunma
8/10
·430 syf.··
2023 5. kitabı
·
14 günde okudu
·
Okunma: 10 Şubat 2023 19:06
Hmmmmm, 430 səhifə amma bir o qədər də axıcı. Sıxılmadan oxuya biləcəyiniz bir kitabdır. Mövzusu, hadisələrin nə dərəcədə sizdə maraq oyatması məncə oxucudan oxucuya dəyişkən ola bilər. İnsanın tək qalmasını, başqalarından təcrid olunmuş vəziyyətdə illər ərzində sağ qalmasını çox mükəmməl bir dillə izah edir və həqiqətən də oxuduqca Kiyanın yaşadığı duyğuları hiss edə bilirsiniz. Kitabı 2 hissəyə bölə bilərik, birinci hissədə baş qəhrəmanımız olan "Bataqlıq qızı"mız Kiya, onun uşaqlıq, yeniyetməlik illəri və s, ikinici hissədə isə bir qətl hadisəsi haqqında oxuyuruq. Çoox çox mükəmməldir mi? Məncə deyil, amma oxumaqdan zövq alarsız mı? Ahammm alarsız. Xoş oxumalar.)
Bataqlıq QızıDelia Owens · Qanun Nəşriyyatı · 20223,789 okunma