Roza Murad

8/10
·112 syf.··
Beğendi
·
2021 1. kitabı
·
20 saatte okudu
·
Okunma: 04 Ocak 2021 09:31
Bir nəfəsə oxunulub bitirilə bilən, amma həm də boğazım düyünlənərək insan mənzərələri ilə dolu bataqlığın dibində batırıb-boğan bir kitab. Bu mənzərələr hər yerdədir, qonşu, qohum, ictimai nəqliyyat ya da eləcə pəncərədən çölə baxarkən. Kitab bir qədər mənə "dinlə kiçik adam" ı xatırlatdı. İkincidən fərqli olaraq Perec insanlara nifrət etmir, dəyişməyə də çalışmır, sadəcə təsvir edir. Təsvir etdiyi isə böyük bir heçlikdir. Pis heç nə gəlmir başına, yaxşı da. Gözəl deyil, çirkin də deyil, uğurlu deyil, uğursuzluğa da düçar olmur, çünki heç nə baş vermir həyatında, nəyəsə cəhd də etmir. Oxuduqca insan duyğularını, duyğusuzluğunu, boşluğu, hərəkətsizliyi çox yaxından hiss edirsən.
Uyuyan AdamGeorges Perec · Metis Yayınları · 20205,1bin okunma