Duyğusal yemə deyilən bir psixoloji vəziyyət var. Və problem əslində heç də sadəcə yemək deyil. Duyğusal yeməyə səbəb olan o boşluq hissi günümüzün, həyatımızın çox hissəsini qara dəlik kimi özü yeyib udur. Çünki, o boşluğu təkcə yeməklə deyil , sosial şəbəkələr, lazımsız adamlar, faydasız ünsiyyətlər, keyfiyyətsiz münasibətlərlə doldururuq. Bunlar hamısı isə toplanıb ağır yük kimi bizi daha da yorur, daha da bataqlığın dərinliklərinə yuvarlandırır. Qüsurlu dövran yaranır, çıxmaq üçün çabaladıqca batırıq.