Bəzən insan ehtimallara ümidlənir. Ümid ki, insanı ayaqda saxlayan bir hissdir. İnsan inanmaq istəyirsə səhvə, qoyun inansın. O, onun səhv olduğunu onsuzda bilir. Sadəcə doğruları birdən-birə qəbul etmək istəmir. İnsanları ayaqda saxlayan o ümidlərini heç vaxt qırmayın... Bəzən də insanları sadəcə öz hallarına buraxın, ayağa qaldırmağa çalışmayın. Əgər o insan buna hazır deyilsə, yarasının sağalmasına da vaxt verin. Elə "unut" deməklə olmur hər şey. Bir az yalnız qalsın, öz özüylə üzləşsin. Əminəm ki, onda daha güclü olub, bütün hər şeyə rəğmən ayağa qalxacaq: "heç nə olmamış kimi" 💫🕊️