Revan Ferzeliyev

Revan Ferzeliyev
@Rvncllnx
spoiler yoxdur
10/10
·80 syf.··
Beğendi
·
2025 18. kitabı
·
2 saatte okudu
·
Okunma: 16 Haziran 2025 12:05
Kitabın niyə belə az bəyənildiyini anlamış deyiləm. Qısa hekayələrdən ibarət elmi-fantastika kitabıdır. 5 hekayənin 4-ü ayrı ayrılıqda böyüdülüb bir roman kimi də çap olunacaq qədər canlı və maraqlı süjetlərə sahibdir. Sadəcə "gezegen kolonizasyonu" bölümü çox anlamsız və qısa gəldi
Dört Boyutlu AdamUnno Juza · İthaki Yayınları · 2024307 okunma
Tolstoyu Anlayacağınız Kitab
7/10
·96 syf.··
Beğendi
·
2025 9. kitabı
·
20 saatte okudu
·
Okunma: 22 Mart 2025 11:55
Kitabda bir ifadə çox diqqətimi çəkdi, "Mən Tanrıya inandığım zamanlarda yaşayırdım" bəlkə də bütün kitabın anlamı elə bu cümlədir desək yanılmarıq 16 yaşından etibarən dini inancları rədd edən baş qəhrəman post-dini sindroma tutulur. Yəni dini inancını itirdikdən sonra hər şey ona mənasız gəlməyə başlayır. Varoluş sancısı çəkən yazarımız daim həyatda bir məna axtarır, ancaq həyatda heç nə ölümə üstün gələcək qədər dəyərli deyil. Məhz buna görə də yaşama həvəsini itirən baş personaj dəfələrlə özünü öldürmək istədiyini deyir. Nə qədər çabalasa da geriyə dönüb baxdığında depressiyadan başqa heçnə görmür və sonunda yenidən öz dininə - xristianlığa geri dönmək istəyir. Fəlsəfi cəhətdən çox maraqlı kitabdır. Tək pis yanı axıcılığı çox aşağıdır, sözlərdən sanki daş asılıb. Oxumağa dəyər
Edebiyat
İtiraflarımLev Tolstoy · Kızıl Panda Yayınları · 029,2bin okunma
3/10
·160 syf.··
2025 8. kitabı
·
2 saatte okudu
·
Okunma: 20 Mart 2025 16:46
Bilmirəm mən malam yoxsa necə amma "Alisa Möcüzələr Ölkəsində" kimi bu kitabdan da bir anlam çıxara bilmirəm. Düzdür uşaqlar üçün yazılıb, ancaq nəzərə alanda ki bərbad tərcüməsi var nəsə başa düşməməyim olduqca normaldır. Özəlliklə də şeirlər heç bir anlam olmadan tərcümə olunub. Uşaqlara bunu alıb oxuyacağınıza milli uşaq ədəbiyyatı oxuyun
Alisa Güzgü ArxasındaLewis Carroll · Qanun Nəşriyyatı · 01,851 okunma
spoiler yoxdur
9/10
·224 syf.··
Beğendi
·
2025 6. kitabı
·
2 saatte okudu
·
Okunma: 13 Mart 2025 14:33
Amerikan ədəbiyyatı hər zaman Avropa və şərq'ə nisbətən daha maraqlı və vecsiz olur. "Poçt İdarəsi" buna çox gözəl örnəkdir. Bukovskinin proobrazı olan "Çinaski" 12 il boyunca poçtda çalışan Bukovskinin özüdür. O qorxusuzdur, varoluş sancısı çəkmir, dinlə və sevgiylə isə yerindən maraqlanmır. Çinaski sadəcə var olmağa davam edir və içində çox böyük həyat eşqi var. Zarafatcıl olan baş qəhrəman iş zamanı işçilərdən üst təbəqədə olan istənilən şəxsin onlara etdiyi haqsızlıqları, təzyiqləri heç vecinə belə almır. Daim öz kefini düşünür və bütün çətinliklərə sinə gərir. Axıcı əsərdir, özəlliklər tərcüməsi çox maraqlıdır. Kitabda vulqar ifadələr həddən artıq çoxdur, küçə jarqonunda tərcümə olunub. Bu kitabı pisləşdirmir əlbəttə, məlumatlı olun deyə dedim. Ölmədən öncə oxunacaq bir kitab deyil amma əylənmək üçün qüsursuzdur
1000Kitap
Poçt İdarəsiCharles Bukowski · Qanun Nəşriyyatı · 20141,637 okunma
Şöhrətpərətliyin Sonu
8/10
·88 syf.··
Beğendi
·
2024 142. kitabı
·
9 saatte okudu
·
Okunma: 26 Aralık 2024 21:46
Əsər həcmcə kiçik olsa da özündə böyük məna daşıyır. Baş qəhrəman İvan İliç Pralinski şöhrətpərəst bir generaldır. Onun dilində hər zaman "humanizm" ifadələri səslənsə də özündən vəzifəcə aşağı olanlara yuxarıdan aşağı baxır. Talenin qismətindən İvan İliç, tabeliyindəki bir şəxsin kasıbvari toy məclisinə rast gəlir. Məclisə daxil olmaq istəyən Pralinski zahirində sadəcə bəyləri təbrik edəcəyini desə də, qəlbinin dərinliklərində (türklər demiş) egosunu tatmin etməyə çalışır. Lakin bu şöhrətpərəstlik ona qürur yox sadəcə biabırçılıq gətirir... Kitabda bəyənmədiyim tək cəhət bütün rus klassiklərində olduğu kimi cümlələrə yerli yersiz bədii təsvir vasitələrinin artırılıb uzadılması idi. Düzdür bunun səbəbi "nə qədər çox söz o qədər çox pul" olsa da belə bir şeyə haqq qazandırmır. Oxumağa dəyər kitabdır :)
Nalayiq LətifəFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20196,6bin okunma