Hüseyn Nağılı Müəllifdən 3-cü kitabı da bitirdim.Roman psixoloji idi.Yazarın digər kitablarını da bəyənmişdim.Bu isə "ƏN" idi mənimçün.Kitabda müxtəlif süjet xətləri var.Sonda isə bir nöqtədə birləşir.Roman bir mövzuyla başlayır,sonda isə nələr üzə çıxır,nələr.Hadisələr əsasən baş qəhrəman olan rəssam Ceyhunun ətrafında cərəyan edir.Ceyhun öz rəsm əsərlərində İblis yaradır,onunla danışır,dalaşır,vuruşur,barışır....
Həyatına daxil olan Könüllə əl-ələ verib müəyyən uğurlar əldə edirlər.Könül nəticədə həqiqətləri öyrənir.Hansı həqiqətləri?Baxın ,burası çox maraqlıdır.Ümumiyyətlə,roman haqqında ,motiv haqqında nə yazsam spoiler olacaq deyə susmağı üstün tuturam.Romanda qarşınıza çıxan hadisələr sizi həyəcanlandıra,təəccübləndirə,sevindirə,kədərləndirə bilər.
Mən çox-çox şadam ki,Hüseyn bəyin qələmi ilə tanış olub,hər 3 romanını oxumuşam.Yazarın cümlələri çox savadlı şəkildə qurulur.Motiv "şablon"deyil,özünəməxsusdur."Simasızlar"kitabını oxumağınızı məsləhət görürəm.Real həyatla əlaqəsi var ya yox,bilmirəm.Amma və lakin bu və bundan da betər hadisələrin reallıqla əlaqəsi mümkünsüz deyil.
Hər kəsə xoş mütaliələr.