S.

S.
Azərbaycan | Naxçıvan
23 Mayıs
57 okur puanı
Aralık 2021 tarihinde katıldı
Ruhum
Fani əbədiylə necə yarışsın? Cismim bu torpağa, daşa qarışsın. Səmalarda süzsün, göylərdə uçsun, Batmasın yerlərdə günaha ruhum. (Adil Qasımlı-Salam sevgi)
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məni bağışla
Cavabım nə oldu nəvazişinə?! Yansın acı dilim, məni bağışla, Bağışla, sevgilim, məni bağışla. O yol ki, tutmuşdum, geri dönmədim, Qüruru qorudum, arı danmadım. Səni ürəyimcə yarıdammadım, Nə qədər istədim, məni bağışla, A tale qismətim, məni bağışla. Mənim ucumdandır, bunu bilirəm, Gözlərin altında kölgələnən qəm. Dünyadan tək sənə borclu gedirəm, Bilməsin bir kimsə, məni bağışla, Bağışla, mümkünsə, məni bağışla!... (Adil Qasımlı-Salam sevgi)
Şiir
Unut getsin
Ölməz sanma məhəbbəti. O sevgidən qalan nədi?- Cəmi beş-on xatirədi, Unut, unut, unut getsin! (Adil Qasımlı-Salam sevgi)
Şiir
Getsən
Getsən, çoxlarına xəbər olacaq, Şaiyələr yollarda çapar olacaq. Kipriyim gözümə çəpər olacaq, Bir daha arxanca baxmayacağam. Eşqin nəğməsidir qəlbin hakimi, Bircə yol ötərəm onu qu kimi. Çağlayıb-coşsam da hərdən su kimi, Heç vaxt sənə sarı axmayacağam. Çəkmədi sevgimdən yalan əlini, Odur əllərimdən alan əlini Uzanıb havada qalan əlini Əlimi uzadıb sıxmayacağam. Həsrətin əriyib getməz qar kimi, Çiçəklər sinəmdə qəm-qubar kimi. Tutulub dolsam da buludlar kimi Bağrıma daş basıb yağmayacağam. Mələyə çevrilsən, pəriyə dönsən, Yenə də demərəm bəriyə dön sən. Nə vaxtsa yolların geriyə dönsə Ölsəm də qarşına çıxmayacağam. (Adil Qasımlı-Salam sevgi)
Şiir
Bilmirəm nə edim
Qəribə yaradıb yaradan səni, Durmusan yaxşıyla pis arasında. Bilmirəm ki, sevim, ya nifrət edim, Qalmışam bu iki hiss arasında. Səndən mehribanı olmaz dünyada, Səndən inadkarda görməmişəm mən. Gah mənə səadət vəd eləyirsən, Gah bahar eşqimə qar ələyirsən. Dilin "get" söyləyir, baxışın "getmə"- Duyar bunu hər kəs baxsa gözünə. Bilmirəm nə edim, çaşıb qalmışam,- Dilinə inanım yoxsa gözünə? Durmusan qəsdimə, atmısan oda, Belə insafsızsan, axı, sən nədən? Ən nifrət etdiyim sənsən dünyada, Ən çox sevdiyim də sənsən elə, sən! (Adil Qasımlı-Salam sevgi)
Şiir