Sabina Rahimi

10/10
·208 syf.··
Beğendi
·
2026 1. kitabı
Müəllim olmaqmı , yoxsa müəllimlik etməkmi? Cəmiyyətimizin şərqə xas emosiyanallığını, cəhalətini nəzərə alsaq, müəllimlik günlə, testlərlə, kağızlarla bitmir. Müəllim olmaq insan kommunikasiyasîdır, empatiyadır ki, bunu uşaq evdən sonra ikinci öyrəndiyi yer məktəblərdə biz müəllimlərdir. Bu anlayışların arasında incə fərq var. Biri canını qoyur can olur, digəri isə vəzifəsini görür və gün bitir. "Müəllim olmaq" kitabı da məlumat kitabı deyil, "niyyət və daxili mövqe kitabıdır". Ona görə də əsas sual budur: Müəllim kimdir və özündə nəyə köklənməlidir? Müəllim özünü tanımaq istəyirmi? Uşaqların şəxsiyyət kimi inkişafını həqiqətən önəmsəyirmi? Şagirdlərin onu gördükdə sevinc hissi yaşamasını arzulayırmı? Dərsi sadəcə “keçmək” yox, effektiv şəkildə qurub gördüyü işdən həzz almaq istəyirmi? Və bütün bunları edərkən uşaqlarla etibarlı bağ qura, bu bağ üzərindən sağlam və etibarlı mühit yarada bilirmi? Ən əsas sual isə budur: bütün bunlardan əvvəl müəllim özünü tanıyırmı? Mənə görə müəllimin əvvəlcə “ özünü tam tanımış” olması şərti bir qədər absurddur. Çünki, insan yaşadığı müddətcə daim irəli gedir — yaşda da, fiziki durumunda da, davranışda da. Biz fiziki olaraq dəyişdiyimiz kimi, fikirlərimizi və münasibətlərimizi də inkişaf etdirməliyik. Deməli, özünü tanımaq hansısa peşəyə başlamaq üçün son bir nəticə yox, davam edən bir proses olmalıdır. İnsanın həyatda iz qoymaq gücü var və bu güc onun varoluş məqsədi ilə bağlıdır. Müəllimlik isə bu məqsədin ən məsuliyyətli formalarından biridir. Biz keçmişə çox bağlıyıq. Keçmişin vərdişlərini, düşüncə tərzini bu günə daşıyırıq və çox zaman mūasir dövrdən şikayətlənirik. Halbuki məsələ keçmişi inkar etmək yox, "keçmişlə bu günü sintez edə bilməkdir". Son dövrlərdə Türkiyədə belə müəllimlərin özlərini inkişaf etdirə biləcəyi,
Öğretmen OlmakDoğan Cüceloğlu · Final Kültür Sanat Yayınları · 20138,5bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·150 syf.··
Beğendi
·
2025 20. kitabı
Thorbjørn Egner-in “Kardemom xalqı və quldurlar” əsəri mənim üçün çox xoş, əyləncəli və isti təsir bağışladı. Əsər xəyali bir məkanda – Kardemom xalqına məxsus sakit və mehriban bir şəhərdə cərəyan edir. Bu şəhərin özəlliyi ondadır ki, burada demək olar ki, heç bir pislik baş vermir; insanlar mehriban, qayğıkeş və bir-birinə qarşı hörmətlidir. Hətta şəhərdəki həbs sistemi belə empatiyaya əsaslanır. Quldurlar qorxulu, aqressiv obrazlar kimi deyil, daha yumşaq, komik və uşaqlara yaxın şəkildə təqdim olunur. Yazıçı bununla göstərir ki, quldurluq pis bir davranışdır, amma bu davranışa sərtliklə deyil, anlayışla yanaşmaq insanın dəyişməsinə səbəb ola bilər. Quldurlar da əsərdə heç kəsə ciddi zərər vermirlər; onlar sadəcə öz ehtiyaclarını qarşılamağa çalışırlar. Müəllif sanki bizə mesaj verir: İnsanları düzgün istiqamətə yönləndirən, onlara nümunə olan, onlara kömək edən kimsə olmadıqda səhv davranışlara yol açılır — və cəmiyyət birlik, anlayış və səbr göstərərək bu insanları doğru yola gətirə bilər. Əsərin içindəki şeirləri çox sevdim. Şeirlərin melodiyası da varmış, amma musiqili səhnələşdirmə animasiya/teatr versiyaların var. Ona baxıb oxumaq olar. Bu halda həmin şeirlərin mahnıya çevrilmiş formalarını eşitmək mümkündür. Kitabı uşaqlarla oxuyarkən şeirlərin ritmik, yaddaqalan və enerjili olması dərsləri daha maraqlı edir. Uşaqlar bu şeirləri təkrar oxuduqda onlara sevgi, mehribanlıq, empatiya, yaxşılıq kimi dəyərlər təbii və mülayim şəkildə ötürülür. Şeirin xoş qafiyəsi, ritmi beyni hərəkətə gətirdiyi uçün uşaqlar həm öyrənir , həm də hiss etmədən nümunə kimi həyata tətbiq edə bilirlər. Tərtibat və tərcümə nəfisdir.
Kardemom xalqı və quldurlarThorbjørn Egner · Nebula Yayınları · 19557 okunma
10/10
·120 syf.··
2025 19. kitabı
David Nel·lo-Zippoli qəbiləsi Kitabı ilk baxışda sadə bir uşaq hekayəsi kimi görünə bilər. Mən də oxumağa başlayanda düşündüm ki, yəqin ki, adi bir macəradır və çox dərinə getməyəcək. Amma səhifələr irəlilədikcə anladım ki, bu kitab gözlədiyimdən çox daha dolğun və təsirlidir. 118 səhifənin hər biri oxucunu öz ardınca çəkir; sanki hər səhifə səni səsləyir: “Davam et, macəra hələ bitməyib!” Kitabın əsas qəhrəmanı Guillem — kitab oxumağı sevməyən, kitablarla münasibəti zəif olan bir uşaqdır. Məktəbdə hər həftə kitab götürmək məcburiyyəti onun üçün darıxdırıcı bir işdir. Lakin bir gün əlində təsadüfən “Zippoli qəbiləsi” adlı köhnə bir kitab düşür… və hekayə buradan başlayır. Bu kitabın ən möhtəşəm özəlliyi odur ki: Kitab hər oxucuya fərqli görünür. Gilyermo oxuyanda bir cür hekayə açılır, qardaşı oxuyanda tamamilə başqa. Hər oxucuya fərqli cümlələr, fərqli abzaslar təqdim edir — sanki kitab oxucunun kimliyinə görə dəyişir. Oxumağı sevməyən uşaq üçün “oxumağa açılan qapı” rolunu oynayır. Kitab uşaqda maraq oyadır, onu hekayənin içində saxlayır və kitabın nə qədər canlı, əyləncəli və düşüncəli ola biləcəyini göstərir. Kitab yalnız oxumağa həvəsləndirmir, eyni zamanda uşağın: qardaş-bacılarla münasibətini, başqasının yerinə özünü qoyma (empati) bacarığını, insanlarla anlaşma yollarını çox sadə şəkildə göstərir. Hekayədəki situasiyalar uşağın gündəlik həyatına çox yaxındır və buna görə də öyrədici təsiri güclüdür. Niyə valideynlər, müəllimlər və uşaqlar üçün uyğundur? "Zippoli qəbiləsi" həm məzmun, həm də mesaj baxımından: kitab oxumağı sevməyən uşaqlar üçün, müəllimlərin dərslərdə müzakirə etməsi üçün, valideynlərin övladları ilə birlikdə oxuması üçün çox uyğun seçimdir. Uşaq kitabı oxuyarkən həm macəra yaşayır, həm də kitabın möcüzəsini özü kəşf edir. Mən bu kitabı böyük
Zippoli qəbiləsiDavid Nel·lo Colom · Qədim Qala · 20258 okunma
7/10
·272 syf.··
Beğendi
·
2025 18. kitabı
At rəsmlərinin izində-Dryu Hayden Teylor Roman ilk baxışda sakit axan, yavaş templi bir hekayə təsiri bağışlayır. Kitabın əvvəlində müəyyən qədər sıxılma və marağın gec formalaşması mümkündür. Lakin hekayə irəlilədikcə, xüsusən də at rəsminin simvolikasına verilən dərin mənalar açıldıqca oxucu mətnin içində daha rahat hərəkət etməyə başlayır. Atın simvolikası və hekayədəki yeri Müəllif at obrazını sadəcə vizual bir motiv kimi deyil, insanın daxili enerjisini oyadan, azadlığa çağıran bir simvol kimi təqdim edir. Romanda at sanki “çağırışa cavab verən enerji”dir: bir insan içindəki təlatümə siqnal verdikdə, bu enerji (at) ona tərəf gəlir. Bu, həm psixoloji, həm də metaforik baxımdan təsirli işlənib. At: azadlığın, gücün, nəcibliyin, daxili həyəcanın və inkişafın simvolu kimi çıxış edir. Danielin at çəkməsi, əslində, özünün böyümək, sərhədlərini aşmaq, yaşadığı çətinliklərdən qurtulmaq istəyinin vizual ifadəsidir. O, sanki çəkdiyi hər atlə öz gələcəyini formalaşdırır, özünü yetişdirir. Obrazlar və psixoloji işlənmə Kitabın ən güclü tərəfi obrazların psixoloji dərinliyidir. Daniel Hardan gəldiyini və nələr yaşadığını gizlətməyən, çətinliklər içində formalaşan, həssas və bir o qədər də güclü bir obrazdır. Ailəsindəki zorakılıq onun iç dünyasını daha tez oyadır və at rəsmi onun üçün həm sığınacaq, həm dil, həm də iç azadlığına aparan yol olur. Şelli Müəllif tərəfindən “güclü qız obrazı” kimi qurulub. Əvvəlcə kobud, bəzən sərt görünür, lakin hekayə inkişaf etdikcə onun xarakterində yumşalma, dəyişmə və daxili böyümə hiss olunur. Şelli həm özünü, həm dünyanı anlamağa çalışan, həyatın ritmini tapan bir obrazdır. Ralf Ralfın timsalında biz daha mərhəmətli, başqalarını anlamağa meyilli, sakit, insanilik dolu bir obraz görürük. Onun uşaqlığı ilə böyüklüyü arasında qurulan
At Rəsmlərinin İzindəDrew Hayden Taylor · Qədim Qala Nəşriyyatı · 202317 okunma
10/10
·264 syf.··
Beğendi
·
2025 17. kitabı
ÜLVİYYƏ TAHİR – “ŞÜKRİYYƏ TALEYİM” (Təəssürat və düşüncələr)** Həmişə düşünəndə bu qənaətə gəlirəm ki, bizim bir çox sahələrdə, xüsusilə də Avropa ölkələrindən geri qalmağımızın əsas səbəblərindən biri 1937-ci ilin repressiyalarıdır. O illərdə minlərlə, bəlkə də milyonlarla ziyalımız sürgün edildi, güllələndi, yox edildi. Onlar bizim beynimizi – düşüncə azadlığımızı, maarifimizi, milli özünüdərkimizi əlimizdən aldılar. Nəticədə cəmiyyətin bir hissəsi sanki “mangurtlaşdırıldı” – düşünməkdən, inkişaf etməkdən qorxan, hər çətinlikdə şikayət edən insanlar nəsli formalaşdı. Ülviyyə Tahirin “Şükriyyə Taleyim” romanını oxuyarkən bu ağrını daha dərindən hiss etdim. Əhməd Cavadın o əvəzsiz istedadı, mübarizliyi, sözə və Vətənə sədaqəti qarşısında kövrəlməmək mümkün deyil. Onların Şükriyyə xanımla yaşadığı sevgi təkcə bir insani hiss deyil, sanki bir müqəddəslik idi – millətə, ideala, azadlığa olan sevgi. Bu insanların çəkdiyi əzabları bir kitab tam ifadə edə bilməz, amma o ağrını hiss etmək, onlara borclu olduğumuzu dərk etmək hər birimizin vətəndaşlıq borcudur. Biz bu insanları tanımalı, unutmamalıyıq. Şagirdlərimizə, uşaqlarımıza, gələcək nəsillərə bu hekayələri danışmaq, onları maarifləndirmək bizim məsuliyyətimizdir. Çünki keçmişini tanımayan, mübarizəsini bilməyən insan gələcəyini düzgün qura bilməz. Milli himnimizin sözlərini yazan, Cümhuriyyət ideallarını yaşadan bu şəxsiyyətlərin həyatı bizim kimliyimizin əsasını təşkil edir. Əgər o dövrün ziyalıları sağ qalsaydılar, əminəm ki, bu gün Azərbaycan bir çox Avropa ölkələrindən daha irəlidə olardı. Unutmayaq ki, 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ məhz Azərbaycan Cümhuriyyəti tərəfindən verildi. Bu, həmin ziyalı nəslin düşüncə səviyyəsini, vizionunu göstərir. Ülviyyə Tahir bu romanında da – “ALJİR”də
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021217 okunma