Sabina Rahimi

Layiqlik yoxsa mütilik?!
10/10
·72 syf.··
2023 5. kitabı
Heyif ki, yaziçı ve ya hekayənin yazîlma anıyla bağlı istənilən məlumat olmadı. Müəllifin sovet dönəmində mükafatlar alması bir qədər məni təəccübləndirdi. Çünki kitab tam olaraq sovet,komsomol bağlılığını ifadə etmir. Alışılmışın xaricimdə vətən nisgildən , Azərbaycandan, Azərbaycanlîlığını göstərir. Bəlkə də başqa kitablarında o şeylər var, ancaq bu kitab fərqlidir mənim üçün. Hekayə ikinci dünya müharibəsimdə əsir düşmüş həkim Əbildən bəhs edir. Məruz qaldığı iftiranîn ucbatından ölkəsinə gedə bilmir. Hekayə həm də onu göstərdi ko, fağır,sakit ,başını aşağı salıb iş görməklə də insan özünü bədbəxlikdən qurtarmır. Bircə dəfə yaşayacağın həyatının haqqını tələb etmə bacarığı formalaşdırmaq lazîmdîr ki, sağ qalmağı , normal layiq olduğun həyatı bacarasan.
Barış ve Savaş
Haradansınız, müsyö Abel?Hüseyn Abbaszadə · XAN · 20193 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?

Sabina Rahimi

, bir kitap okudu
10/10
·72 syf.··
2023 5. kitabı
Hüseyn Abbaszadə
10/10 · 3 okunma
Puan vermedi·215 syf.··
2023 4. kitabı
Namiq Abdullayev -Fantast yazıçı Bu il qrupumuz "Kitabsevərlər" və AlfaCin nəşriyyatının işıq üzü görən növbəti kitablarından biri. Uşaqlar üçün nəzərdə tutulub. Yazıçı 60-80-ci illərdə fəaliyyətdə olub və 1992-ci ildə isə səfalət içində vəfat edib. Elm, fantastika, Kosmosa maraq yaratmaq üçün çox yaxşı nümunədir. Müəyyən qədər kollektivizm, sovet təbliğatı hiss edilir. Mənə elə gəlir ki, yazıçının bilgi azlığı və amerikan, ingilis yazıçılardan təsirlənməsi hekayələrinin alt qatlarının bir qədər boş təsvir edilməsinə səbəb olub. Daha yaxşı hekayələr yaza bilərdi, öz üzərindë işləsəydi , mənbələr oxuyub, üfqünü genişləndirsəydi və bəlkə də yerimizə düşünən dövr olmasaydı.
Fantastik Bilim Kurgu
İtirilmiş DünyaNamiq Abdullayev · AlfaCin Nəşriyyatı · 012 okunma
Çocuklar, büyükler ve masallara gerek duyan her kes için..
10/10
·112 syf.··
Beğendi
·
2023 3. kitabı
Umberto Eco-Cecünün yer cüceleri. Umberto Econu mən təxminən 5-6 il əvvəl "Qızıl gülün adî" romanînın müzakirəsiylə tanıdım. Oxuması olduqca çətin, bir o qədər də həzz vermişdi mənə. Ümumiyyətlə isə, postmodern üslubda yazılan əsərlər ,yazıçıdan geniş bilgi , araşdırma, fitri istedad tələb edir deyə düşünürəm. Bu baxımdan ya oxucu intellekt cəhətdən istənilən səviyyədə olmalıdır ,ya da oxuyarkən araşdırma etməli olduğuna özünü hazırlamalıdır. Umberto babanın bu kitabı 3 hekayədən ibarətdir. 3 kozmonot, Cecünün Yer Cüceleri,Bomba ve general. Cəmi cümü 113 səhifə ,onun da yarısı şəkilli olmasına baxmayaraq, həm uşaqlara elmi poetik ,məzəli formada izah edir, eyni zamanda insanın şeytani tërəflərini uşaqlara izah edir. 3 Kozmonot- 3 rus,amerika və çinin göndərdiyi kosmonavtlarla marsdakı yadpalanetli arasındakı münasibətdən ,insanın ön yargısından bẹhs edir, mahiyyətimizi,varlığîmızı xatırladır Bomba ve general- Mən deyərdim çox dəyərli mesajlar ötürülüb. Həm bizim atomlardan ibarət olduğumuzu bildirməklə elmi sevdirib, həmdẹ onun insan kibiri, kini ,nəfsiylə yarada biləcəyi təhlükəni göstərib. Cecünün yer cüceleri- bura yer kürəsindən fərqlənmir. Kiçik fərq, yad planetlilərin bu planeti insan kimi dağıtmaması, qayğısına qalmasıdır. Yer kürəsindən bir hökmdar Samanyolu kəşdiyyatçîsı göndərərək yad planetə özlərinin mədəniyyətini aşılamaq istəyir, ancaq kəşfiyyatçînın cırtdanlarda gördüyü və özlərini yaratdığı "mədəniyyət" isə bir-birnə uyğun deyil Umberto hər 3 hekayəsində insanî yerdən yerə vurduğu qədər ,çıxış yolu da göstərir. Ancaq, nəfsə qalib, bir şeylẹr etmək isə yenə də insafîmıza qalir. Çox istərdim, bu kitab dilimizə tərcümə edilib, uşaqlara paylansın. Hẹm elmi sevdirir, həm də yaşanılanı sorğuladır. Içindəki şəkillər sanki 4-6 yaṣlı uşaqların çəkdikləri kimi
Çocuk Edebiyatı
Cecü'nün Yer CüceleriUmberto Eco · Yapı Kredi Yayınları · 2012348 okunma