Sabina Rahimi

Sokak çocukları/küçədə qalan uşaqlar
9/10
·142 syf.··
Beğendi
·
2021 15. kitabı
Ceyms Qrinvud-Balaca evsiz 225 səhifə. Uşaq ədəbiyyatı Çox uşaq kitablarinda, xüsusən 19-cu əsr və 1900-lərin başlanğicinda əsas obrazlar əsasən oğlan uşağı olur. Bu yəqin ki, qadın hüquqlarinin hələ tam olaraq o dövrdə inkişaf etmədiyindən qaynaqlanır. Ancaq maraqlisi da odur ki, o dövrün əsərlərində uşaqlara da bir uşaq kimi yox, daha çox yetkin insan kimi , ağır iş görə biləcək qabiliyyətdə olan yetişkin kimi yanaşılır. Zamanla elm inkişaf etdikcə, uşaqların müəyyən yaş dövrlərinə əsasən yetkinlərlə eyni qabiliyyətləri dašimadigi da isbat olundu. Bəzən deyilir ki, uşağa şəxsiyyət kimi yanaşilmalidir, ancaq hansı mənada şəxsiyyət kimi ? Biz bunu unuduruq. Bizim davranışımız şüurumuzda sanki 18-ci yuzilliyə qədər olan dövrlərin qul davranişinda qalmış kimi görünür. Kitabda eynən balaca Cimmi ilə o rəftarı görürük. Cimmi 7 yaşina gəldiyində artiq pul qazanmali olduğunu düşünən ata və analıq onun çiyinlərinə ağır yük qoyur. Analıq ucbatindan atası tərəfindən kəmərlə dəfələrlə ölümcül döyülür. Cimmi anasıni 5 yaşindaykən bacisi dunyaya gələndə itirir və Cimminin atasinin anasini döyməkdən cəhənnəm olan həyatı daha da faciəvi olur analığın gəlməsiylə. Və sonda Cimmi döyülməkdən bezdiyi üçün evdən qaçır və bununla onun küçə həyatı başlayır. Yaşina uyğun olmayan içkilərlə , qəddar insanlarla tanış olur. Kitab bir az da Hektor Malonun "Ailəsiz" əsərini anımsadirdi. Əsərdə ən sevdiyim hissə küçə uşaqlarinin qazandiqlari pulun bir hissəsini teatra xərcləmələri idi. Inkişaf etmiş dövlətlərin Indiki inkişafinın , mədəniyyətinin təməlinin işartilari idi məncə o. Təsəvvür edirsiz, uşaqlar qəpik-quruşu toplayib teatra sərf edir və teatrdakilar buna mane olmur. Çox gözəl səhnələr idi. Məncə bunu boyüklər də, uşaqlar da oxumalidir. Erkən yaşda yalniz qalan uşaqlarin hansi real
The True History of a Little RaggamuffinJames Greenwood · 20161 okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.

Sabina Rahimi

, bir kitap okudu
9/10
·142 syf.··
Beğendi
·
2021 15. kitabı
5/10
·124 syf.··
2021 14. kitabı
Çox da bəyənmədim. Bəlkə yazıldığı dövrünə görə uyğundur, amma uşaqlar üçün uyğun olduğunu düşünmürəm. Mumu və kar,lal sahibi oxu boyu pərişan elədi məni. Bir insanın həyatda tutunduğu iki şeyi, istəmədən , başqasının məcburiyyətiylə mənəvi və fiziki öldürməsindən dəhşətli his yoxdur. Ona görə uşaqlar oxumamalıdır. Əsərin içində ən azından qiğilcım olmalıdır uşaqlar üçün. Burda o hox idi. Yalnız itin sadiqliyi təsəvvürləri rəngləndirirdi.
MumuIvan Turgenyev · Helikopter Yayınları · 2015457 okunma
10/10
·128 syf.··
Beğendi
·
2021 13. kitabı
Bioqrafiyaları sevirəm. Məncə yığcam, yetərincə sanballı kitab oldu. Marie Curie xanımlar üçün örnək götürüləcək əsl qəhrəmandır. Marienin uğurunda həm onun ailəsinin, həm də anlayışlı yoldaşının da rolu var. Günümüzdə uğur qazanmaq o qədər fərdiliyə qaçır, sanki köməksiz zirvələrə gəlinə bilinəcəyi kimi simvolizə edilir ki, bir insanın əlindən başqasının tuta biləcəyi qeyri-adi, neqativ qarşılanır. Heç bir insan dəstəksiz zirvə görmür, mütləq ki, ona özünə inanacaq, dəyərli hiss etdirəcək insanı vardır.
Bilim
Marie CurieKathleen Krull · Martı Yayınları · 2018350 okunma