Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
Puan vermedi·100 syf.·
2025 12. kitabı
Asa Lind
9/10 · 1.195 okunma
Reklam
9/10
·128 syf.··
Beğendi
·
2025 11. kitabı
Osa Lind “Ellika Tomsonun Kəşf Gündəliyi” Kitabın başlanğıcında binanın təmizlikçisi uşağı yönləndirir ki, müəllimin ona verdiyi Kristofor Kolumb haqqında tapşırığı başqa bir prizmadan dəyərləndirsin və öz kəşfini yazsın. Mən bu məqamı çox bəyəndim. Çünki əsərdə həm psixoloji nüanslar var, həm də əyləncəli yanaşma mövcuddur. Uşağa — hətta böyüklərə belə — təsvir dünyasını göstərir, gündəlik həyatda fikir vermədiyimiz məqamları göz önünə gətirir. Hekayə dostluğun, sosial mühitin, bağ qurmağın önəmini incə şəkildə təqdim edir. Bununla yanaşı, oxucuya özünü dəyərli görməyi, özünü qəbul etməyi və qarşıdakı insanı da kəşf etməyi öyrədir. Əsərdə iki əsas böyüyün, eləcə də digər böyüklərin uşağı dinləməsi xüsusi vurğulanır. Uşaqla müzakirə aparmaq, ona qulaq asmaq, hər sözünü dəyərləndirmək — müəllifin çox gözəl çatdırdığı bir görüntüdür. Çünki məhz bu dinlənmə sayəsində Ellika Tomson addım-addım inkişaf edir, ətrafını kəşf edir, gözəllikləri görür və bu yolla özünü də kəşf etmiş olur. Ətrafındakı insanlara və əşyalara dəyər verməyi öyrəndikcə, özünün də dəyərli olduğunu anlayır. Dolayısı ilə özünə hörmət edilməsini tələb edir. Əslində, uşaqlar bəzən bizə inad edəndə, sərtlik göstərib “yox” deyəndə, əslində bunu tələb edirlər: “Hörmət edin, sərhədlərimizi qırmayın!” Sərhədlər pozulduqda uşaq öz güvənini itirə, böyüklərə etibar etməyə bilər. Bu isə onu başına buyruq görünməyə məcbur edə bilər. Kitab sanki bizə bunu çatdırmaq istəyir. Oxuyarkən mən çox həyəcanlandım. Beynimdə, hisslərimdə rəngli tablolar canlanırdı. Təəssüf ki, o rəngli tablonu sözlərlə tam təsvir etmək çətindir. Amma kitab məni uşaqlara necə baxdığımı, bir zamanlar mənim də uşaq olduğumu xatırlatdı. Özümü qəhrəmanın yerinə qoyanda dünyanın necə rəngli göründüyünü sanki yenidən yaşadım. Məncə, uşaq ədəbiyyatı
Ellika Tomson'un Keşif GünlüğüAsa Lind · Pegasus · 201790 okunma
10/10
·102 syf.··
2025 10. kitabı
Osa Lindin "Qum canavarı " 3 seriyadır. Oxuduğum birinci seriyadandır Kitabın qəhrəmanı Zackarina daim suallar verən, dünyanı öyrənməyə çalışan bir uşaqdır. Onun həyatına daxil olan sirli və mehriban Qum canavarı isə uşağın bütün suallarına cavab tapmağa çalışan, duyğularını ciddiyə alan bir dostdur. Əsərin əsas mövzularından biri valideyn–uşaq münasibətləridir. Çox vaxt böyüklər uşaqların suallarını kiçik və əhəmiyyətsiz hesab edir, onların dediklərinə qulaq asır, amma əslində “eşitmir”. Halbuki uşaqların dünyaya baxışı fərqlidir — onlar hər şeyi kəşf etmək, anlam vermək istəyirlər. Qum canavarı obrazı da bunu simvolizə edir: uşağı diqqətlə dinləyən, onun düşüncəsinə hörmət edən və suallarına dəyər verən bir həqiqi yoldaş. Bu kitab mənə "Oğlan, at, tülkü və köstəbək" və "Balaca şahzadə" əsərlərini xatırlatdı. Amma bir fərq var: Zackarina realdır. O, durmadan sual verən, inkişafın işartılarını göstərən bir uşaqdır. Əslində uşaqların xəyal dünyasının nə qədər geniş olduğunu və verdikləri suallara böyüklərin verdiyi cavablarla xəyal gücünün də genişləndirdiyini görürük. Əgər biz cavab vermiriksə, əslində onların yaradıcılıq eşqini yaralayırıq. Bu kitab uşaqlara isə başqa bir mesaj verir: cavabı tapmamış verdiyiniz sualdan vaz keçməyin, araşdırmaqdan, təkrar-təkrar sual verməkdən çəkinməyin. Kitabın başqa bir gözəlliyi mövzuların genişliyidir. Müəllif uşağın söhbətlərində bizi atomlardan kainata, dostluqdan qorxuya, insanlardan təbiətə qədər aparır. Burada mənim üçün maraqlı olan tərəf budur ki, "Qum canavarı" mənim oxuduğum ikinci belə kitab oldu — birincisi Umberto Eco idi. Eco “Bomba və general" və “Üç astonavt” hekayələrində atom, kosmos və insanlığın böyük sualları üzərində dayanır. Ancaq Eco bunlara elmi-fəlsəfi simvollarla yanaşırsa, Asa Lind eyni mövzuları uşağın
Qum canavarıAsa Lind · Fabula Nəşriyyat · 20212,196 okunma
10/10
·71 syf.··
2025 9. kitabı
Yazıçı qısa və netdir. Məncə az yazsa da, seçdiyi , təsvir etdiyi uşağın yas dünyası mükəmməldir. Uşağın emosiyaları, içindəki xaotikliklə gedib gəlinir. Itkinin boşluğunu , həyatın davam etdiyi duyğusunu alırsan. Uşaqlarla oxumaq olarmı? Bilmirəm. Hər uşağın duyğuları fərqlidir, necə reaksiya veriləcək bilinmir, təsəvvürüm yoxdur. Xüsusilə valideynlərini itirmiş uşaqlarda. Bəlkə də oxunmalıdır, uşağın yanında olduğunuz ona hiss etdirilməlidir. Çətinliyin öhdəsindən birlikdə gəlinə bilinir məncə.
Kiraz'ın ŞarkılarıAmélie Couture · İletişim Yayınları · 201374 okunma