Neçəmiz bullinqə məruz qalmışıq? Neçəmiz iş yerində mobbinqə məruz qalmışıq? Ümumiyyətlə, biz bu zorakılığın fərqində olmuşuqmu?
Təəssüf ki, cəmiyyətimizdə bullinq – istər məktəbdə, istərsə də iş mühitində – tez-tez göz ardı edilən, amma dərin psixoloji izlər buraxan bir problemdir. Xüsusilə məktəblərdə uşaqların bullinqə məruz qalması, onların şəxsiyyət inkişafını və emosional sağlamlığını illərlə zədələyə bilər.
Düşünürəm ki, bu, bizim cəmiyyətdə göz ardı edilən ən təhlükəli və cəmiyyətin səviyyəsini aşağı aparan bir prosesdir. Biz şagirdkən məktəbdə təəssüflər olsun ki, bunun nə olduğunu ,qarşısına alınmasını, özümüzü necə qoruyacağımız haqqında heç bir profilaktik söhbətlər etməmişik və məlumatlandırılmamışıq. Mənə görə , bu kitab bizim cəmiyyətdə qazandırılan çox önəmli kitablardan biri və birincisidir, xüsusən uşaqlar üçün.
Bulling birinci ailədən gəlir, sonra müəllimlə davam edə bilir və ya davam edir. Axı uşaqların fərqində olmadan ilk nümunə götürduyü insanlarıq biz. Buna görə düşünürəm ki, kitabı valideynlər və müəllimlər mütləq oxumalıdır. Bulling törədən uşaqların xarakteristikası, əlamətləri, onların valideynlərinə təsiri, bullinqə məruz qalan uşaqların əlamətləri və onların ailələrinə təsirindən bəhs edilir. Bulling törədən uşaqların bu prosesdən necə çəkindirə bilərik, necə qoruya bilərik mövzusunu təhlil edib və onun haqqında tövsiyələri var kitabda. Düşünürəm ki, həm valideynlər birinci növbədə valideyn, ikinci növbədə isə müəllimlər birbaşa uşaqlarla təmasda olduğuna görə şəxsiyyət olaraq necə bir insandırlar, hansı davranışlarına diqqət etmələri lazımdır, hansı davranışlarıyla uşaqlara nümunə olurlar və uşaqlara təsir edilir ki, uşaqlar bir-birinə qarşı münasibət göstərirlər, bunu düşünmələri, kitaba əsasən təhlil aparmalıdır. Uşağın dərs