Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
9/10
·248 syf.··
2025 6. kitabı
Lynda Mullaly Hunt
9/10 · 266 okunma
Reklam
Ailə
10/10
·120 syf.··
Beğendi
·
2025 5. kitabı
Əlimizdə olan anın , indinin dəyərini bilmək, yaşamaq və həzz almaq. Gündəlik qaça-qaçın və təlaşın əlindən fikir verməfiyimiz və dəyərinin fərqində olmadığımız o qədər anlıq məqamlar var ki. biz insanları dəyərli edən edən nədir? Özümüzün xüsusiyyətlərini bilmək və unutmamaq. Ailə olmaq və ailə bağları yaratmaqla var olmaq. Sonuncu dəfə ailənizlə telefonsuz, iş çatdırmama qayğısından kənar nə zaman birlikdə sakitcə oturub söhbət etmisiz, filmə baxmısız, gəzintiyə getmisiz? Müzakirə etmisizmi? Bax bu kitab Zərif, Təmizkar, Çalışqan və Zəhmətkeş adlı simvolik obrazların və onların kölgələrinin ifasında bunu bizə göstərir. Sürətli, məşğul həyat tərzi ilə ailə bağlarının yox olmasını, iş və ailə həyatında uyum və balansın, birlikdə vaxt keçirmənin əhəmiyyətini təqdim edir. Hekayə axmağa başlayarkən də qəribə hadisələr başlayır. Əziz valideynlər və uşaqlar, bu Maraqlı , sehirli , öyrədici və əyləncəli kitabı yay tətilində oxumağı tövsiyyə edirəm.
Məşğul ailəKanq Conq-Yon · 3 alma · 055 okunma

Sabina Rahimi

, bir kitap okudu
8/10
·184 syf.··
2025 2. kitabı
Birsen Ekim Özen
9.3/10 · 182 okunma
8/10
·184 syf.··
2025 2. kitabı
Emosiyalarımızı tanıyırıqmı? Onları idarə edə bilirikmi? Emoiyaları tanımağı, istifadə etməyi və idarə etməyi öyrədirikmi? Hansı şəkildə bunu edirik? Kitab keyfiyyətli nəşr və tərcüməylə seçilir. Xüsusən yeniyetmələr üçün uğurlu seçimdir. Lakin, valideynlərin də oxuması və uşaqlarıyla bunu müzakirə etməsi lazımdır ki, uşaq dəyərli olduğunu, eşidildiyinj və anlaşıldığînı hiss etsin. Çünki , yalnîz bu zaman uşaq özünü analiz edib, kəşf edib , tanıya bilir. Hərəkətlərini nizamlaya bilir. Duyğuların rəngi olurmu bilmirəm, ancaq biz gördüyümüz hər şeyi rənglərlə ifadə etməyi, şəkilləndirməyi sevirik və bu kitab kimliyin müəyyən edildiyi bir dönəmdə yeniyetmələr üçün gözəl seçim olardı.
AuraBirsen Ekim Özen · Timaş İlk Genç · 2022182 okunma
Reklam