Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Övladımızın Gizli Kabusu: Bullinq

Kristin Oudmayer
9/10
4 Kişi
4
Okunma
2
Beğeni
247
Görüntülenme
Bu kitab sırf şəxsi təcrübə əsasında elmi-kütləvi dildə yazılmışdır. Bu sahədə Azərbaycan dilinə tərcümə edilmiş ilk kitablardan sayılır. Kitab orijinaldan, yəni Norveç dilindən tərcümə edilmişdir. Əsərdə bullinqin mahiyyəti, əlamətləri və növləri, nəticələri və aradan qaldırılma yolları ilə bağlı fikirlər irəli sürülmüşdür. Bullinq qurbanlarının və törədənlərin mənəvi-psixoloji vəziyyəti araşdırılmış, bullinqlə mübarizədə dəyərli tövsiyələr səsləndirilmişdir. Ümid edirik ki, kitabı oxuyan hər bir oxucu bullinqin necə ciddi problem olduğunu görəcək, uşaqların dünyasını daha yaxından anlayacaq və istər-istəməz köməyə tələsəcəkdir. Kitab əsasən müəllimlər, valideynlər, psixologiya və pedaqogika ixtisaslarının tələbələri üçün nəzərdə tutulmuşdur. • Birbaşa və dolayı bullinq • Bullinqə kim və nə üçün məruz qalır? • Qurbanın əlamətləri • Övladınız bullinqə məruz qaldıqda nə etməlisiniz? • Bullinqin qarşısını ala bilərikmi? • Bullinq törədənlərin əlamətləri • Övladımızı buller olmaqdan çəkindirə bilərik? • Bullinq törədən uşaqların və ailələrinin demonizasiyası • Bullinqin digər ailə üzvlərinə təsiri • Gizli bullinq və növləri • Kiberbullinq • Bullinqlə mübarizə metodları və s.
Yazar:
Kristin Oudmayer
Kristin Oudmayer
Tahmini Okuma Süresi: 4 sa. 52 dk.Sayfa Sayısı: 172Yayınevi: Libra Kitab
Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
172 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bullinq - həyatımızda baş verənlər
Bullinq... Bu sözün adı altında o qədər şey əks olunur ki... Hal - hazırda bildiyimiz və ya bilmədiyimiz o qədər bullinq hadisələri olur ki, bu kitabla tanışlığım və təsadüfən baş verənlər sadəcə təsadüf olduğuna inanıram. Dövrümüzdə bütün valideynlərin, müəllimlərin, hətta uşaqların belə bilməli olduğu məsələlərdən biridir. Bullinqin törədilməsi kiminsə özünü ya üstün görməsi, ya da üstün görməsi nəticəsində əmələ gəlir. Bullinqdən çıxış yollarının təyini və bullinqlə qarşılaşdığımız təqdirdə hansı vəziyyətdə hərəkət etməli olduqlarımız qeyd olunur... Xoş oxumalar♡
Övladımızın Gizli Kabusu: Bullinq
Övladımızın Gizli Kabusu: BullinqKristin Oudmayer · Libra Kitab · 04 okunma
Reklam
172 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bullinq bir şəxsin digər şəxslər tərəfindən görünüşünə, dini və milli mənsubiyyətinə, xarakterinə görə davamlı olaraq alçaldılması prosesinə deyilir ki, bu da uhəm uşaqlar, həm də böyüklər arasında geniş yayılmış bir haldır. Əsərdə həm özü, həm də övladı bullinqə məruz qalmış yazıçı həm bullinq haqqında məlumat verir, həm bullinqə məruz qalmış şəxslərin həyat hekayələrini nəql edir, həm də bullinqin qarşısını almaq məqsədilə müəllim və valideynlərə tövsiyələr verir. Bəzi fikirlər bir neçə dəfə səsləndirilsə də, əsəri bəyəndim, hər bir valideynin və müəllimin oxumalı olduğu bir kitabdır.
Övladımızın Gizli Kabusu: Bullinq
Övladımızın Gizli Kabusu: BullinqKristin Oudmayer · Libra Kitab · 04 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.