Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xeyrin çöküşü

Qaranlıq Günəş

Zaur Pənahov

Yorumlar ve İncelemeler

Tümünü Gör
398 syf.
8/10 puan verdi
·
Beğendi
·
37 günde okudu
Azərbaycanda İlk Dolğun Bədii-Fantastik (Epik) Janr Nümunəsi
(Qeyd: Spoyler!) 27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma
Reklam
400 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərdə dünya üç hissəyə bölünüb və bu üç hissənin hər birindən bir nəfər olmaqla "Üçlük" tərəfindən idarə edilir. "Üçlük"ün üzvləri və dünyanın əsas idarəediciləri insanüstü varlıqlardır. Yəni onlar çox uzun, əsrlərlə yaşayır, insanlardan fərqli olaraq heç bir şey hiss etmirlər. Onlarla eyni qandan olan qaranlıq güclər isə dünya hakimiyyətini öz əllərinə almağa çalışırlar. Axıcı, maraqlı bir əsər idi, bəyəndim. Davamı olan iki kitabı oxumağa həvəs oyatdı.
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma
398 syf.
9/10 puan verdi
·
7 günde okudu
QARANLIQ GÜNƏŞ: XEYRİN ÇÖKÜŞÜ . Azərbaycanda bədii-fantastik janrda yazılan ilk kitab məhz "Qaranlıq Günəş" seriyasının ilk kitabı hesab edilir. Seriya 3 kitabdan ibarətdir. Əvvəla, onu qeyd edim ki, kitabın ilk səhifələrində məzmunu tam anlamaya bilərsiniz. Qəribə şəxs və yer adları sizi çaşdıra bilər. Bununla belə, oxuduqca hər detal sizə aydın olacaq. Kitabı oxuduqca elə hiss edirdim ki, sanki hansısa dünyaca şöhrətli fantastika yazarının dilimizə tərcümə olunmuş əsərini mütaliə edirəm. Çox maraqlıdır kitab və sizə də tövsiyə edirəm. Məzmun haqqında ətraflı məlumat vermək istəmirəm, çünki özünüz oxuyub anlasanız, daha yaxşı olar, fikrimcə. Mən kitabın məzmunu ilə yanaşı, yazısındakı, durğu işarələrindəki xətalara da çox diqqət yetirirəm. Kitabla bağlı bircə bu iradım var ki, punktuasiyada müəyyən səhvlər mövcud idi. Amma kitab sizi elə cəlb edir və elə axıcıdır ki, həmin səhvlərə də nəzər yetirmirsiniz. Gənc yazıçımıza öz fəaliyyətində uğurlar! II və III kitabların nəşrini səbirsizliklə gözləyirəm!
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.