Klassik ədəbiyyatdan bildiyimiz Şeyx Sənan mövzusunda roman yazan Şumeysat adlı bir xanımın Almaniyadakı bugünkü, 90-cı illərdəki Bakı həyatı və hadisələrin X əsrdə keçdiyi "Şeyx" romanından təqdim olunan hissələrlə üç dövrü əhatə edən bir roman. Kitabı ümumi olaraq bəyənmədim. Nə roman içindəki "Şeyx", nə də Almaniyaki dövrün dili ürəkaçan deyildi. Müasir dövrün dili dözülməz dərəcədə bəsit, bədiilikdən uzaq, bəzi məsələlərə, xüsusilə də dini baxımdan üslubu kobud idi. Kitab bəzən mənə "Sənanın əlli tonu", bəzən də Elif Şafak "Aşk"ının aşağı keyfiyyətli bir kopiyası, çeynənmiş varlı oğlan-kasıb qız mövzusunu bir dəfə də mən çeynəyim təsiri bağışladı. Kitab boyu ağzımda yad bir cisim varmış kimi tələffüz etdiyim Şumeysat adı "günəş" mənasını daşısa da, qətiyyən nə adına, nə özünə isinə bilmədim. Adı kimi özü də millətimə yad idi. İlk cümlələrdə xanımın əlindən gələn "donuz sosikası iyi" kitabın sonuna qədər ürəyimi bulandırdı. İki millət arasındakı münasibət, bir tərəfdən erməni vəhşiliklərini yada salıb, bir tərəfdən Sənanın ağzını ayıraraq gülməyinə heyran-heyran tamaşa etmək, onun sosial şəbəkələrdəki "I love Armenia" səhifələrini bəyənməyini qeyd etməsi, Şumeysatın "nə böyük azadlıqdır vətən seçə bilmək" deyərək ah çəkməsi, bu ermənini sevim-sevməyim ziddiyyəti, bu aradaqalmışlıq məndə ikrah hissi yaratdı. Az qala hər paraqrafda qeyd etdiyi "mən yazaram, mən yazıçıyam" vurğusu, yazar belə oturur, belə durur, belə nəfəs alır, belə üzünə krem çəkir...
Qənaətbəxş hesab etdiyim, oxuyanda yorulmadığım bircə 90-cı illər həyatı oldu. Əslində, Sahilə xanım yaralı yerimiz olan bir çox mövzuya toxunsa da, o mövzular ümumi ağırlığın altında əzildi, təəssüf ki. Araya sıxışdırdığı mövzuların çoxluğu, sanki "bunu da deyim, buna da münasibətimin olduğunu bilin, bunu da bilirəm"