Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
8/10
·288 syf.··
Beğendi
·
2025 16. kitabı
Ken Robinson
7.2/10 · 45 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·144 syf.··
2025 15. kitabı
Dərk etmədiyimiz bir şey əməllərimizə yansımaz, ya da yanlış yansıyar. Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar ölkəsi” əsəri maarifçi ideyaları, azadlıq və insanın şəxsiyyət kimi formalaşmasının vacibliyi ilə diqqət çəkir. Müəllifin tez-tez vurğuladığı anlayışlardan biri də fədakarlıqdır. Əksər hallarda fədakarlıq valideynin övladı üçün özünü fəda etməsi və bunun zamanla övladın üzərinə yük kimi qoyulması kimi qəbul olunur. Halbuki Əhməd bəyin fədakarlıqdan başa düşdüyü tamamilə fərqlidir – insanın inandığı dəyərlərə, sahib olduğu əqidəyə, ona ümid verən ideallara fədakarlıq göstərməsi. Bu isə sadəcə qurban vermək deyil, həm də mərdlik, cəsurluq və qorxmazlıq tələb edir. Təəssüf ki, bu xüsusiyyətləri sona qədər daşımaq, fərqinə varıb hərəkətə keçmək cəmiyyətimizdə hələ də çatışmır. Əhməd bəy fədakarlıqla özünəvurğunluq arasındakı incə fərqi də qabardır və bunu anlamayanın davranışında biganəlik və vecsizlik üzə çıxır. Əslində insanı hərəkətə gətirən əsas amil onun daxilində daşıdığı arzular və istəklərdir. Bu arzuların yaxşı və ya pis olması isə seçilən yol və vasitələrdən asılıdır. Ağaoğlu göstərir ki, bir millətin yüksəlişi sərbəst düşünən, elmli, eyni zamanda vicdanlı fədakarlıq və cəsarət sahibi olan insanların varlığı ilə mümkündür. Bu baxımdan əsər bu gün də aktuallığını qoruyur və gələcək nəsillərə azadlığa, elmə və əqidəyə bağlı yol xəritəsi təqdim edir.
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Tutu Nəşriyyatı · 2001205 okunma
10/10
·95 syf.··
2025 14. kitabı
Kitab tövsiyəm: “Rin -Tin-Tey Əminin mirası” – Inqvar Ambyörnsen Baş qəhrəmanlar — Samson və Roberto — olduqca maraqlı və fərqli xarakterlərdir.Samson (it) hürsədə ürkək , saf, sadiqliyi bir az da qorxaqlığı simvolizə edir, Roberto(pişik) isə cəsurluğu, iti ağlı simvolizə edir. Samsona əmisindən bir miras qalır, lakin bu miras onlara çox da rahatlıq gətirmir. Əksinə, burada onları həm gülməli, həm də düşündürücü macəralar gözləyir. Kitab alleqorik bir üslubda yazılıb: yəni heyvanların xarakteri və münasibətləri vasitəsilə insan davranışları təsvir olunur. Bu səbəbdən həm uşaqlar, həm də böyüklər üçün maraqlı və düşündürücü oxu təcrübəsidir. Rəsm və illüstrasiyalar da hekayənin ruhuna çox uyğun çəkilib — sanki oxuyarkən kitabın içində gəzirsən. Müəllif Skandinavi ədəbiyyatına xas bir sadəlik və dərinlik gətirir. Bildiyim qədər Skandinaviya ölkələrində yeni çıxan kitabların çoxu dövlət tərəfindən alınır və bu da onların ədəbiyyatını inkişaf etdirərək dünyada tanıdıb. Bu kitab da həmin uğurlu ədəbiyyatın gözəl nümunələrindən biridir. Yeri gəlmişkən "Qədim Qala", "Nebula" nəşriyyatlarına skandinav uşaq ədəbiyyatını bizə sevdirdiyinə görə təşəkkür də edirəm. Müasir olmasına baxmayaraq bu kitab mənə Jül Vernin, Mark Tvenin , Robert Luis Stevensonun kitablarındakı 17-18 əsrin dövrünü xatırladırdı. Valideynlər üçün tövsiyə: Bu kitabı uşaqlarınızla birlikdə oxuyub , xeyli güləcəksiz. Ancaq hekayədəki vəziyyətləri də müzakirə etməyi unutmazsınız. Bu sualları verə bilərsiz müzakirədə: “Sən bu vəziyyətdə olsaydın, nə edərdin?” “Bu heyvanın davranışı sənə kimi xatırladır?” “Səncə, əsl dostluq nədir?” Oxuduqdan sonra uşaqlardan kitab haqqında təsəvvürlərini danışmağı və hətta öz təsvirlərini çəkməyi istəyə bilərsiniz. Bu, həm düşünmə bacarığını, həm də yaradıcılığı
Rin-Tin-Tey Əminin MirasıIngvar Ambjörnsen · Qədim Qala · 20255 okunma