Sabina Rahimi

Sabina Rahimi

, bir kitap okudu
10/10
·120 syf.··
2025 19. kitabı
David Nel·lo Colom
9/10 · 8 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·272 syf.··
Beğendi
·
2025 18. kitabı
At rəsmlərinin izində-Dryu Hayden Teylor Roman ilk baxışda sakit axan, yavaş templi bir hekayə təsiri bağışlayır. Kitabın əvvəlində müəyyən qədər sıxılma və marağın gec formalaşması mümkündür. Lakin hekayə irəlilədikcə, xüsusən də at rəsminin simvolikasına verilən dərin mənalar açıldıqca oxucu mətnin içində daha rahat hərəkət etməyə başlayır. Atın simvolikası və hekayədəki yeri Müəllif at obrazını sadəcə vizual bir motiv kimi deyil, insanın daxili enerjisini oyadan, azadlığa çağıran bir simvol kimi təqdim edir. Romanda at sanki “çağırışa cavab verən enerji”dir: bir insan içindəki təlatümə siqnal verdikdə, bu enerji (at) ona tərəf gəlir. Bu, həm psixoloji, həm də metaforik baxımdan təsirli işlənib. At: azadlığın, gücün, nəcibliyin, daxili həyəcanın və inkişafın simvolu kimi çıxış edir. Danielin at çəkməsi, əslində, özünün böyümək, sərhədlərini aşmaq, yaşadığı çətinliklərdən qurtulmaq istəyinin vizual ifadəsidir. O, sanki çəkdiyi hər atlə öz gələcəyini formalaşdırır, özünü yetişdirir. Obrazlar və psixoloji işlənmə Kitabın ən güclü tərəfi obrazların psixoloji dərinliyidir. Daniel Hardan gəldiyini və nələr yaşadığını gizlətməyən, çətinliklər içində formalaşan, həssas və bir o qədər də güclü bir obrazdır. Ailəsindəki zorakılıq onun iç dünyasını daha tez oyadır və at rəsmi onun üçün həm sığınacaq, həm dil, həm də iç azadlığına aparan yol olur. Şelli Müəllif tərəfindən “güclü qız obrazı” kimi qurulub. Əvvəlcə kobud, bəzən sərt görünür, lakin hekayə inkişaf etdikcə onun xarakterində yumşalma, dəyişmə və daxili böyümə hiss olunur. Şelli həm özünü, həm dünyanı anlamağa çalışan, həyatın ritmini tapan bir obrazdır. Ralf Ralfın timsalında biz daha mərhəmətli, başqalarını anlamağa meyilli, sakit, insanilik dolu bir obraz görürük. Onun uşaqlığı ilə böyüklüyü arasında qurulan
At Rəsmlərinin İzindəDrew Hayden Taylor · Qədim Qala Nəşriyyatı · 202317 okunma
10/10
·264 syf.··
Beğendi
·
2025 17. kitabı
ÜLVİYYƏ TAHİR – “ŞÜKRİYYƏ TALEYİM” (Təəssürat və düşüncələr)** Həmişə düşünəndə bu qənaətə gəlirəm ki, bizim bir çox sahələrdə, xüsusilə də Avropa ölkələrindən geri qalmağımızın əsas səbəblərindən biri 1937-ci ilin repressiyalarıdır. O illərdə minlərlə, bəlkə də milyonlarla ziyalımız sürgün edildi, güllələndi, yox edildi. Onlar bizim beynimizi – düşüncə azadlığımızı, maarifimizi, milli özünüdərkimizi əlimizdən aldılar. Nəticədə cəmiyyətin bir hissəsi sanki “mangurtlaşdırıldı” – düşünməkdən, inkişaf etməkdən qorxan, hər çətinlikdə şikayət edən insanlar nəsli formalaşdı. Ülviyyə Tahirin “Şükriyyə Taleyim” romanını oxuyarkən bu ağrını daha dərindən hiss etdim. Əhməd Cavadın o əvəzsiz istedadı, mübarizliyi, sözə və Vətənə sədaqəti qarşısında kövrəlməmək mümkün deyil. Onların Şükriyyə xanımla yaşadığı sevgi təkcə bir insani hiss deyil, sanki bir müqəddəslik idi – millətə, ideala, azadlığa olan sevgi. Bu insanların çəkdiyi əzabları bir kitab tam ifadə edə bilməz, amma o ağrını hiss etmək, onlara borclu olduğumuzu dərk etmək hər birimizin vətəndaşlıq borcudur. Biz bu insanları tanımalı, unutmamalıyıq. Şagirdlərimizə, uşaqlarımıza, gələcək nəsillərə bu hekayələri danışmaq, onları maarifləndirmək bizim məsuliyyətimizdir. Çünki keçmişini tanımayan, mübarizəsini bilməyən insan gələcəyini düzgün qura bilməz. Milli himnimizin sözlərini yazan, Cümhuriyyət ideallarını yaşadan bu şəxsiyyətlərin həyatı bizim kimliyimizin əsasını təşkil edir. Əgər o dövrün ziyalıları sağ qalsaydılar, əminəm ki, bu gün Azərbaycan bir çox Avropa ölkələrindən daha irəlidə olardı. Unutmayaq ki, 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ məhz Azərbaycan Cümhuriyyəti tərəfindən verildi. Bu, həmin ziyalı nəslin düşüncə səviyyəsini, vizionunu göstərir. Ülviyyə Tahir bu romanında da – “ALJİR”də
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021216 okunma
8/10
·288 syf.··
Beğendi
·
2025 16. kitabı
Kitab tövsiyyəsi Ken Robinson – Siz, Uşağınız və Məktəb kitabı haqqında Ken Robinson britaniyalı yazıçı, təhsil eksperti və tanınmış natiqdir. O, Louis Aronika ilə birlikdə yazdığı “Siz, Uşağınız və Məktəb” kitabında uşaqların təhsil sistemindəki rolundan, yaradıcılığın inkişafından və gələcək üçün necə daha balanslı və dəyərlərə əsaslanan bir təhsil mühiti qurmaqdan bəhs edir. Robinsonun fikrincə, uşaqların yaradıcılığı sönməməli, əksinə, məktəb və ailə mühiti tərəfindən dəstəklənməlidir. Kitabda uşaqların təhsilində valideyn, məktəb və müəllim münasibətlərinin rolu xüsusi vurğulanır. Müəllif qeyd edir ki, məktəblərdə yaradılan şərait – həm fiziki mühit, həm də təlim-tədris yanaşması – uşağın potensialının üzə çıxmasında mühüm rol oynayır. O, fasilələrin, oyunların və yaradıcı fəaliyyətlərin uşaqların inkişafındakı əhəmiyyətini önə çəkir və düzgün məktəb seçiminin vacibliyinə diqqət çəkir. Kitabda həmçinin Ken Robinson uşaqların hərəkətliliyinin və mərhələli inkişafının əhəmiyyətini vurğulayır. O qeyd edir ki, uşaqlar yalnız masa arxasında oturmaqla deyil, bədənlərini, duyğularını və təxəyyüllərini birləşdirərəköyrənirlər. Buna görə də məktəblərdə fasilələr, oyunlar, idman və yaradıcı fəaliyyətlər sadəcə “boş vaxt” deyil, əksinə, öyrənmə prosesinin vacib hissəsidir. Robinsonun fikrincə, uşağın inkişafı mərhələli şəkildə gedir və hər mərhələdə valideynlər və müəllimlər onun ehtiyaclarını düzgün başa düşməli, təzyiqsiz şəkildə dəstək verməlidirlər. Robinson, həmçinin, peşə təhsilinə dair cəmiyyətimizdə mövcud olan stereotipləri tənqid edir. Azərbaycanda tez-tez “peşə məktəbi” aşağı səviyyəli seçim kimi dəyərləndirilir. Lakin müəllif bildirir ki, peşə təhsili universitet təhsilindən az əhəmiyyətli deyil. Peşə məktəblərini bitirən gənclər ixtisaslaşmış mütəxəssislər kimi
Siz, uşağınız və məktəbKen Robinson · Qanun Nəşriyyatı · 045 okunma