«Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz», deyə yorğun-yorğun ürəyindən keçirdi. - Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi, közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub.. »