Müsəlmanlar qadınları hicaba dəvət edir və qadın sevgisindən bir tərbiyə üsulu kimi istifadə edirlər. İslam sevgi, məhəbbət, riqqət, şəfqət, zəriflik, səfa, vəfa müəllimi olması üçün qadını səhnəyə hicab və üstün dəyərlər kölgəsində gətirir. Lakin müasir dünya qadını əyləncə vasitəsi kimi satmaq və instinktini, ehtirasını təmin etmək üçün hicabı ondan alır. Hicabı əlindən alınmış qadın artıq sevgi və məhəbbət müəllimi ola bilmaz. Belə qadın güzəşt deyil, ehtiras fərmanı verir. Ehtiras hissi isə hər zaman kor va kardır. Bu üzdən də islam qadının səhnəyə gəlişini israr edir. Amma ehtiras və instinkt dərsi deyil, sevgi va iffət dərsi verməsi üçün qadının səhnəyə hicabla gəlməsi lazımdır.