Səidə Bağırova

Səidə Bağırova
@Saida221B
4 okur puanı
Mayıs 2024 tarihinde katıldı
7/10
·208 syf.··
Beğendi
·
2024 5. kitabı
Son zamanlarda oxuduğum kitablar dili ilə məni çox yormuşdu. Amma "Qarmaqarışıq" sadə anlatım dili, real həyatın içindəki obrazları, ilk hissəsinə aid olaraq 4lü qrupun ətrafında cərəyan edən bütün hadisələrlə məni özünə çəkib 3saat ərzində bitirtməyi bacardı. Hə biraz yavanlıq vardı amma yazarın ilk əsəri olması bunu görməzdən gəlməyə və daha sonrakılar üçün ümidlənməyə əsas verir. Muradın hadisələrə qarşı verdiyi bütün reaksiyalar 11ci sinifdə oxuyan içində coşub-daşan hisslərlə boğuşan, özünü hər gün biraz daha tanımağa başlasa da qarmaqarışıqlığın içinə düşən yeniyetmənin real həyatdakı halını tamamilə əks etdirir. Kitabda çatışmayan və bir-biri ilə uyuşmayan cəhətlər olsa da ikinci hissənin olması bu problemin həll ediləcəyinə dair bir işarəyə bənzəyir. Hər nə qədər sonunu təxmin etməyə imkan yaradan bir kitab olsa belə əslində bütün məsələ finalında deyil,tam da obrazların xarakterləri və davranışları ilə bağlı hissələrin yazıldığı yerdə imiş. Düşündüyümüz zaman aktual problemlərə fərqli yanaşma şəklinin izləri var. Ona görə də kitabın ikinci hissəsinə ümidlərim böyükdür. Ənənəvi iradlarım gəldikdə isə 11ci sinifdə oxuyan uşaqların heç bir hazırlıq və ya kursa getməməsi məni real düşünməkdən uzaqlaşdırdı. Oysa hazırlıq/kurs ortamı hər şeyi biraz daha qəlizə salıb, Axsaq və onun oyunbazlarını olduqca çətin vəziyyətə sala bilərdi. Axsağa gəldikdə isə bəzən elə seçimlər var ki, onlarla kompramisə gedib, anlayışla yanaşa bilmirəm. Həmin seçimlərin-yanlış seçimlərin hər biri də Axsaqda mövcud olduğu üçün heç altdan alıb üzülə bilmədim. İlahi ədalət bəzən fərqli işləyir və bizə ədalətsizmiş kimi görünür. Axsağın yaşadıqları da əslində keçmiş həyatının qaranlığının bugününə yansıması idi ya da bəlkə də saf kötü olan "baş qəhrəman" hər şeyi öz ədaləti ilə həll etdiyi
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
6/10
·424 syf.··
2024 1. kitabı
Kitaba tövsiyə ilə başladım. Hətta yazarla ilk tanışlığım idi. Olduqca yüksək beklentilerim olmasına rəğmən 413 səhifəlik kitab böyük bir xəyal qırıqlığı oldu mənim üçün. Əslində Azurla olan dərs hissələri, seküler və muhafazakar tərəflərin fikir ayrılıqları olduqca cəlbedici və düşündürücü tərzdə yazılmasına rəğmən ucu heç bir nöqtəyə bağlanmaması həm obrazlara, həm də oxuyucuya böyük hörmətsizlikmiş kimi gəldi. Romandakı yarımçıq qalmış həyatlar, izahsız hadisələr, səbəbsiz və nəticəsiz hərəkətlər kitabın verdiyi bütün hissiyatı özü ilə ucsuz bir boşluğa aparır. Romanın adındakı "3 kız" əslində heç yoxmuş kimi bitirildi. Oysa hər biri barədə ayrıca kitab yazacaq qədər fərqli obrazlar işlənmiş amma heç birinə yetəri qədər dəyər verilməmişdi. Romanın əvvəlindən sonuna qədər məchul və sanki ortaya çıxsa dünyanın səmti dəyişəcəkmiş kimi böyüdülən hadisə bir neçə cümlə ilə izah belə olunmadan səbəbsizcə bitirildi. Professor Azurla olan söhbətlər və dərs hissələri, müxtəlif din və düşüncələrə sahib insanların zidd fikirlərindəki haqqlı və haqqsız cəhətlər, "Tanrı" və "Tanrı arayışı" ilə bağlı qarşılıqlı dialoqlar və sitatlar kitabı daha oxunabilir hala gətirdi.Kitabın uzunluğuna rəğmən boşluqda qalan neçə-neçə yarımçıq hadisələr və ən çox da kitab və obrazlarla əsla əlaqəsi olmayan bir son heç gözləmədiyim cəhəti idi bu romanın.
Havva'nın Üç KızıElif Şafak · Doğan Kitap · 201619bin okunma