Seymur Salimov

Seymur Salimov
@SalimliSeymur
Azərbaycan, 17 Ağustos 1998
10 okur puanı
Aralık 2025 tarihinde katıldı
10/10
·263 syf.··
Beğendi
·
2026 6. kitabı
·
9 günde okudu
·
Okunma: 05 Nisan 2026 00:28
Biz özümüzə aid olanların ya pul gücünə, ya da qol gücünə əlimizdən alındığının dəfələrlə şahidi olmuşuq. Hətta bəlkə də o qədər yağmalanmışıq ki, bir müddət sonra müqavimət göstərə bilməmək, qəbullanmaq, sürüklənmək vərdiş halını alıb. Romanda sivilizasiya, sərt hərbi rejim, sevgi, ehtiras, yaş faktorunun həyatımıza təsiri və ən əsası, heç kimə faydası olmayan, amma yastığa rahat baş qoyduran “vicdan” ilə tanış olacaqsınız. Sivilizasiyadan uzaq qalmaq bəzən bir seçimdir, bəzən isə məcburiyyət. Bu, bir az da din mövzusuna bənzəyir. Doğulduğun ölkə İslam dininə sitayiş edir, amma sənin özünün sərbəst seçim etmə şansın olmur bəzən. Ailə müsəlmandırsa, sənə də hələ doğulmamış bu “proqram” yüklənir. Amma heç bir halda, inancından, yaşam tərzindən, irqindən, cinsindən asılı olmayaraq, insanlar ölümə məhkum edilməməlidirlər. Kitabda kimsəsiz və sahibsiz torpaqlarda məskunlaşmış köçəri tayfaların imperiya tərəfindən qol gücünə qovulduğunu oxuyacaqsınız. Üstəlik, qaladan çölə kəşfə çıxıb, barbarları yenidən öz torpaqlarına gətirən və insanlara “bunlar bizim düşmənimizdir” deyərək, onların gözü önündə heç bir canlıya edilməyəcək işgəncələr edən dırnaqarası “mühafizlər”lə də tanış olacaqsınız. Xalqın qorxu və özgüvən arasında yaşadığı müxtəlif dövrlərdə isə ədalətsizliyə göz yuma bilməyən, işinin adamının reputasiyasının enişli-yoxuşlu yollarının şahidi olacaqsınız. Kitabı oxuyub bitirənlərə Barbarları Gözləyərkən filmini də izləməyi tövsiyə edirəm. Film, Con Maksvel Kutzee-nin eyniadlı romanı əsasında çəkilib. Həmçinin Kutzee kitabda yalnız vicdanlı insanların anlaya biləcəyi bir xatirə buraxıb: “Ədalətsizlikdən əzab çəkənlərin iztirablarına şahid olanlar xəcalətdən əzab çəkməyə məhkumdurlar”. Monoloqlardan ibarət, az dialoqlu, axıcı romanda sizə xoş mütaliələr arzu
Duygu ve Düşünce
Barbarları GözləyərkənJ. M. Coetzee · Qanun Nəşriyyatı · 02,057 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Çevrilmə
10/10
·104 syf.··
Beğendi
·
2026 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 27 Mart 2026 16:52
Bizlər istəyərək və istəmədən yaxınlarımıza və doğmalarımıza “özümüzdən” çox vermişik, veririk və verəcəyik. Cəmiyyətdə minlərlə insan öz potensialının fərqinə vardığı halda, ailəsini xoşbəxt edə bilmək üçün özünü unudaraq istəmədiyi bir sahədə çalışır. Tükənmişlik sindromu yaşayırsan. Fərqindəsən ya da deyilsən, amma yenə də dayanmadan çalışırsan. Bir səhər oyanıb özünü böcək kimi hiss edirsən: faydasız, bitmiş, tükənmiş. Həyatını ailəsinin maddi olaraq yaxşı yaşaması üçün öz şəxsi maraqlarını unudub daim işləyən Qreqor səhər çarpayısında böcək kimi oyananda belə “niyə böcəyə çevrildim?” deyə düşünmək əvəzinə işə gecikdiyi üçün əsəbiləşir. Qreqorun böcəyə çevrilməsi əslində onun işdən ayrılmasının bir ismarıcıdır. Bu ismarıcın mənası isə: "işsiz bir övlad ailə üçün zərərli və faydasız bir həşəratdan başqa bir şey deyil." deməkdir. Yazıçı demək istəyir ki, bir insan pul qazana bilmirsə, ailəsinin belə ona qarşı sevgi və düşüncələri dəyişə bilər. Anası və bacısı nə qədər mərhəmətli olsalar belə, bir müddətdən sonra evdəki “dördüncü şəxsin” varlığından narahat olurlar. Əlavə olaraq onu da düşünürəm ki, kitabda atasının Qreqora qarşı kobud və “faydasız bir övlad” kimi yanaşması bəlkə də Kafkanın öz atası ilə olan münasibətinin bir əksidir.(“#Atamaməktub”). “Çevrilmə” kitabı bu hissi yaşayan insanlar üçün bir xatırlatma, yaşamayanlar üçün isə bir siqnal kimidir mənim fikrimcə.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2025268,1bin okunma
8/10
·856 syf.··
Beğendi
·
2026 3. kitabı
·
65 günde okudu
·
Okunma: 27 Mart 2026 00:55
Oxuduğum kitablar arasında ilk dəfədir ki, bir kitab haqqında fikirlərimi bölüşürəm. Bu fikirləri əslində uyğun kütlənin qarşısına çıxıb da fikir bildirmələri üçün yox, bir müddət sonra özümün bu kitab haqqında nə düşündüyümü xatırlamaq üçün qeyd edirəm. İlk öncə onu deyim ki, başlarda sevgi hekayəsi ilə dolub-daşan fəsillərlə qarşılaşacağımı düşünmüşdüm. Kitabın adını daşıyan obrazla bəlkə də kitabın 3/10 hissəsi qədər tanış oldum. Kitabın əksər hissəsində Rusiyada torpaq islahatlarından bəhs olunur. Bəzi yerlərdə gözləntimi qarşılamadığı üçün oxumağa qısa fasilələr vermişdim. Əlavə olaraq kitabı oxuyarkən o dövrdə dinə olan etiqadın, məhrəmliyin cəmiyyətdəki rolunun, xəyanətin və qanunsuz sevginin kübar aləmdə necə qarşılandığını, qorxunun insanı Tanrıya niyə və necə sığındırdığını görə biləcəksiniz. Əsərin daşıyıcısı Anna Karenina kimi görünsə belə kitabda çox az yer alan Nikolay Levin personajı xatirimdə daha yaddaqalan izlər buraxdı. Əlavə olaraq Aleksey Aleksandroviç, Konstantin Levin əsərin başlıca qəhrəmanlarıdır deyə düşünürəm. Annanın bədbəxtliyini (itirmək qorxusu, sevgi aclığı, öldürən qısqanclıq, övlad həsrəti, məşuqə damğası, heçvaxt nəticəyə çata bilməmək, morfin bağımlılığı, ruhən inandığı şeyə cismən inanmamaq) başa düşə bilmək üçün isə kitabın 791-807-ci səhifələrini diqqətlə oxuyaraq anlamaq olar...
Edebiyat
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201355,7bin okunma