İndi yanımda olsaydın,
Səni qucaqlayıb
Rahat yatardım,
Və belə darıxmazdım...
Yaxşı ki, yoxsan!
...İndi yanımda olsaydın,
Yanında olduğun adam da
Yoxluğunu bu qədər duymazdı...
Yaxşı ki, yoxsan!
Yaxşı ki, yoxsan!
Və mən anlayıram
Yoxluğun nə demək olduğunu.
Yaxşı ki, yoxsan!
Və mən anlayıram
Sevginin nə demək olduğunu.
Yaxşı ki, yoxsan!
Və xəbərin yoxdur ki,
Yoxsan...