Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bu ayrılıq nədir söylə?
Həsrətindən soldum, gülüm.
Aşiqinə insaf eylə,
Bulud kimi doldum, gülüm.
Tanrı verən bəladırsa,
Dözmək olmur cəfadırsa.
Bu ayrılıq cəzadırsa,
Mən cəzamı aldım, gülüm.
Qalib olsan davamızda,
Qurumaz ki yaramız da.
Oyundursa aramızda
Sənə məğlub oldum, gülüm.
Sevinc bizdən uzaqdırsa,
Tez inciyən qonaqdırsa.
Bu imtahan, sınaqdırsa,
Mən sinifdə qaldım, gülüm.
Gecə olub gündüzlərim,
Səni gəzir hey gözlərim.
Bunlar sənə son sözlərim.
Mən bu gündən öldüm, gülüm.
Nüsrət Həsən