Bu dünyanın soyuğundan baş götürüb
sənə qaçıram hər axşam.
Yox, nə soba lazımdı,
nə kürk istəyirəm...
Əzizim,
mən sənin yanında heç nəsiz də yaxşıyam.
İndi başımı ehmalca dizinə qoyacağam.
Saçımı oxşasan,
elə unudacam ki hər şeyi,
sanki yenicə ölmüşəm...