- Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbirlə yolumuza davam etməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə,xalıq bilər.
Görünür, biz nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, bir nəfərin bilməsini istəyirik. Bu, bizim həmişə insan ünsiyyətinə olan dərin ruhi ehtiyacımızdır.
- Hər dərdin bir çarəsi var.
- Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!