Bəzən xoşbəxtliklərin daxilində bədbəxtliklər yatdığı kimi, çətinlik, bəla və müsibətlərin də daxilində səadət və xoşbəxtliklər yatır. Bu, yaşadığımız dünyanın formuludur.
Bəla və müsibətlər insan onlardan bəhrələndiyi, səbir və müqavimət göstərdiyi, bəlalardan doğan çətinliklərə sinə gərməklə öz ruhunu kamilləşdirdiyi təqdirdə nemətdir. Amma əgər insan çətinliklər qarşısında qaçmaq yolunu seçsə və nalə edərək şikayətlənsə, həmin bəla onun üçün, doğrudan da, bəla olacaq.