Booklover

Booklover
@Sarah_Y
Həyatda elə anlar, qarşılaşdığın elə hadisələr olur ki, onu tamamilə unutmaq, yaddaşından birdəfəlik silmək istəyirsən. Ancaq tərslikdən məhz onları heç bir zaman unuda bilmirsən.
Reklam
İntiharın ətrafdakıların diqqətini özünə cəlb etmək, eşqdə uğursuzluq, ictimai və iqtisadi rəqabətlərdə məğlubiyyət, yoxsulluq, narkotik aludəçiliyi, repressiya, həyat və varlığın puç sanılması kimi səbəblərinin olduğu deyilib. Amma onların hamısının başında bir səbəb dayanır və o, imansızlıqdır.
Sayfa 105·Kitabı okudu
Dünyadan bir-birinə zidd olan iki səs ucalır, Sən onların hansına hazırsan, Onların biri təqva sahiblərinin dirçəliş nidasıdır, O biri isə bədbəxtlərə nifrət nidasıdır. Mövlana, "Məsnəvi"
Quran buyurur ki, Şeytan Qiyamət günü ona etiraz edən və sapqınlıqları üçün onun məsuliyyət daşıdığını deyən şəxslərin cavabında belə deyəcək: "Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi, sizi sadəcə dəvət etdim, siz də ( könüllü şəkildə) dəvətimi qəbul etdiniz. Buna görə də məni qınamayın, özünüzü qınayın".
Sayfa 99·Kitabı okudu
Allahın hikmət və inayəti dünya və varlıq aləminin məqsəd və mənasının olmasını tələb edir. Mövcud olan şey ya özü xeyirdir, ya da xeyirə çatmaq üçün vasitədir.
Reklam