Odur, diqqətlə baxmalıyıq, biz nələri ilahi atəşə atmağa hazırlaşırıq bu ay, varmı əlimizdə belə bir siyahımız? Hansı artığımız, hansı yükümüz, hansı cəhətimiz yanıb kül olmalıdır? Hansı düyünümüz çözülməli, hansı bağımız yanmalıdır?
"Ramazan" sözünün bir mənası da yandıran deməkdir: günahları yandıran, xətaları yandıran, artıq-urtuqları yandıran... Bir var nəyisə silib atırsan, bir də var od vurub yandırırsan.