Hər şeydə ibrət axtaran insanın hər günündə nəsə mənalı bir hadisə baş verir. Daha doğrusu, hər sıravi varlıq, hər hadisə ibrətə, həyat özü böyük bir məktəbə çevrilir. Qarışqadan əzmkarlığı, dənizdən səbri, fəsillərdən hər yaşın öz önəminin, gözəlliyinin olduğunu, havadan aramlığı, dağdan əzəməti, dözümü, xəstəlikdən sağlamlığın dəyərini, ölümdən zamanın heç kimə güzəştə getmədiyini və hər anı dəyərləndirməyin zərurətini öyrənir.
Məhəmməd Füzuli
Yoxdu bu rüsvalığın dərdinə dərman , ey təbib,
Eyləmə rüsvay özün həm qəlbimi qan, ey təbib!
Olmaq istərsən əgər asudə, qoy rahət məni,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!
Sən qan almaqla yəqin bir fayda verməzsən cana,
Şövqi-lə‘lin gəl çıxar mümkünsə candan, ey təbib!
Olsa hər şərbət bu sevda dərdinə etməz əlac,
Şərbətimdir vəsli-yarü zikri-canan, ey təbib!
Qəmlə öldürsən məni izhar qılma kimsəyə,
Qoy rəqibim bilməsin var məndə əfgan, ey təbib!
Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!
Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim,
Gəl Füzuli dərdini sanma çox asan, ey təbib!