Polad Həşimov insanların bir-birlərinə verdiyi "haralısan?" sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı: " Elin o başı, bu başı olmaz. Vətənimizin hər yeri mənimdir, mənə doğmadır və əzizdir".
Çox hörmətli, mehriban, qayğıkeş, mərd, cəsur insandı. Hər zaman görüşərkən nəsə yaxşılıq etmək üçün çalışırdı. Sonra özünü elə aparırdı, sanki o bizə yox, biz ona yaxşılıq etmişik.