- Qəribə yuxu görürdüm, - Abdulla pıçıldadı.
- Nə gördünüz, yoldaş komandir? - Aqil soruşdu.
- Koramal. İnsanlar bir anda koramala çevrildilər. Yüzlərlə, minlərlə koramal var idi.
- Əcaib heyvandır. İlana bənzəyir, ancaq ilan deyil. Ayaqsız kərtənkələ... İkisimalıdır, ilk baxışda nə olduğunu ayırd etmək olmur, - Hikmət pıçıldadı, - sanki insanların ikiüzlülüyünə, xəyanətlərinə işarədir...
- Sadəlövhlüyə də işarə ola bilər... - Abdulla dedi, - hər şeyi gördüyümüz kimi qəbul edirik, mahiyyətinə varmırıq.