Villi, sevgi bəzən bir "necəsən" sözüdür. Bəzən insan qəlbində yığılıb qalmış, ancaq dilə gətirə bilmədiyi hislərini bir "necəsən", "hər şey yaxşıdır?" sözünə sığdırıb deyə bilər. Qəribə və gülməli səslənə bilər, ancaq bu, həqiqətən də, belədir. Sevgini və diqqəti bildirmək üçün böyük və şairanə cümlələrə heç gərək yoxdur. Bəzən böyük hisləri kiçik sözlər də ifadə edir.
İnsanlar xoşbəxtlik barəsində danışmağı xoşlayırlar. Ancaq bilmirlər ki, ən böyük xoşbəxtlikləri insan olaraq dünyaya gəlməkləridir. Belə ki, onlar cansız bir daş, hərəkətsiz ağac, şüursuz heyvan olaraq da yarana bilərdilər.