Sariyya Karimli

Sariyya Karimli
@Sariakarim
"Bize samimiyet lazım, samimi niyet. Dili süslü, yüreği paslı insanlar değil."
Öğretmen
14 Nisan 1999
13 okur puanı
Kasım 2019 tarihinde katıldı
Ramiz Rövşən - Ömrümün yağışlı günləri
Ömrümün yağışlı günləri başlar, Yağışlı günləri başlar ömrümün. Bu yağan yağışlar, yağan yağışlar, Bilmirəm, nəyini xoşlar ömrümün?!.. Bu gələn payızın suları soyuq, Küləkləri hirsli, yağışı incik. Mənim əllərimin sığalı soyuq, Sənin gözün yaşlı, baxışın incik. Düşür çiynimizə payız yarpağı, Elə bil ölüdü, tabutdan düşür. Ağaclar hamısı çılpaqdı axı, Bəlkə düşən yarpaq buluddan düşür. Bir yalan sevgidən yorulmaq asan, Bir ölən sevgini diriltmək çətin. Günəşli günlərdə vurulmaq asan, Yağışlı günlərdə unutmaq çətin.
Şiir
Reklam
Aqşin Evrən - Unutmağın resepti
Hərdən onun toxunduğu yerlər qopar bədənindən hissə-hissə yoxa çıxarsan hərdən Hərdən “qayıt, ölürəm” kimi oxunar ona yazdığın bircə “Salam. Necəsən?” Sıxılarsan… Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı Görərsən saçların onun çiyni üçün darıxır Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım… Bunu da öyrənmişdin uşaqlıq paltarından Gör ayrılığın üstündən neçə payız keçib e, onun qoxusu hələ də çəkilmir paltarından Hərdən ovulub gedərsən… Burnunun ucu göynəyər tanış qoxudan ötrü Yağış yağar, görərsən ki, altında bir boş yer qalıb əlindəki çətirin Hərdən boynunu üşüdər onun aldığı şərf də barmaqların əllərindən sırsıra tək sallanar. Boş küçədə öskürər xatirələr astaca Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə” Hərdən heç nə dəyişməz… Bir görüş yeri boyda boşluq qalar içində Hərdən büdrəyərsən… yıxılarsan xatirələrin yanından keçəndə…
Şiir
Çarlz Bukowski
Hatalarını telafi etmeye çalışan birine geçmişini hatırlatmayın. Bu, düştüğü yerden kalkmaya çalışan birini tekmelemekden farksızdır.
Edebiyat
Atilla İlhan
Bazıları şiir sevmez; çünkü onların yaraları yoktur, yaraladıkları vardır.
Şiir
Dostoyevski nankorluğu bu cümlə ilə ifadə edib: "Havalar soyuduğunda insanlar kölgə verən ağaçları unudurmuş"
Edebiyat
Reklam